Vəzifəyə qayıdan Kılıçdaroğlundan - İlk açıqlama
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Ankara Bölgə Ədliyyə Məhkəməsinin partiya rəhbərliyini vəzifədən uzaqlaşdırması barədə çıxardığı qərara reaksiya verib.
KONKRET.az xəbər verir ki, siyasətçi məhkəmənin qərarından dərhal sonra "X" hesabında geniş bəyanat yayıb.
Kılıçdaroğlu yaranmış yeni vəziyyətin partiya daxilində parçalanmaya deyil, əksinə, daha sıx birliyə vəsilə olduğunu vurğulayıb:
"Cümhuriyyət Xalq Partiyası şəxsi maraqların və ambisiyaların mübarizə meydanı deyil. CHP millətimizin suverenlik sənədidir. 38-ci Qurultayımızla bağlı məhkəmənin verdiyi bu qərar bir ayrılma vəsiləsi deyil, yenidən birləşmək və güclənmək fürsəti olmalıdır. Gün sevinc qışqırıqları ilə bir-birimizi qırmaq, incitmək günü deyil. Bu gün bütün inciklikləri bir kənara qoyub böyük ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq yenidən ayağa qalxmaq günüdür. Biz bu prosesi "kaş ki"lərlə deyil, ciddiyətlə, partiya mədəniyyətimizdən aldığımız səmimiyyətlə və ortaq ağılla idarə etmək məcburiyyətindəyik".
"Bu çətin prosesi partiyamızın əvvəlki sədrləri, Partiya Məclisinin üzvləri, millət vəkillərimiz, vilayət və rayon rəhbərlərimizlə tam bir uyğunluq, sıx əməkdaşlıq içində yürüdəcəyik. Heç kim zərrə qədər də olsun narahat olmasın, partiyamızı bu daxili müzakirələrin, mübahisələrin içindən sağ-salamat çıxaracaq və iqtidar yürüşümüzü qətiyyətlə davam etdirəcəyik. Hər kəsi təmkinli olmağa, sükunətə və ortaq ağılla hərəkət etməyə dəvət edirəm. Biz bir yerdəyik", – deyə o söyləyib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.qafqazinfo.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK