Vəziyyət getdikcə mürəkkəbləşir - Amerikanın addımı gözlənilməz olacaq

Vəziyyət getdikcə mürəkkəbləşir - Amerikanın addımı gözlənilməz olacaqABŞ-la İran arasında artan hərbi gərginlik fonunda bölgədə vəziyyət getdikcə daha da mürəkkəbləşir. Vaşinqtonun hərbi aktivliyini artırması, eyni zamanda diplomatik kanalları açıq saxlaması mümkün ssenarilərlə bağlı müxtəlif ehtimalları gündəmə gətirir. Xüsusilə quru əməliyyatı ilə bağlı yayılan məlumatlar həm ekspertlər, həm də ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, ABŞ İrana qarşı quru əməliyyatına başlamaq qərarına nə qədər yaxındır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, hazırkı mərhələdə ABŞ-ın İrana qarşı tammiqyaslı quru əməliyyatı ehtimalı olduqca mübahisəlidir.
Vəziyyət getdikcə mürəkkəbləşir - Amerikanın addımı gözlənilməz olacaq"ABŞ artıq hava və dəniz əməliyyatlarına start verib və bu çərçivədə İranın hərbi infrastrukturu hədəfə alınır. Belə bir vəziyyətdə genişmiqyaslı quru müdaxiləsi real görünmür.
ABŞ "Operation Epic Fury" (Epik Qəzəb) çərçivəsində zərbələr endirsə də, İranın coğrafiyası və hərbi potensialı quru əməliyyatını son dərəcə riskli edir.
İran da mümkün hücumlara qarşı hazırlıqlarını gücləndirir. Xüsusilə Xarq adası ətrafında müdafiə tədbirləri artırılıb. Bu ada İranın neft ixracının təxminən 90%-ni təmin etdiyindən strateji baxımdan kritik əhəmiyyət daşıyır".
Aydın Tağıyev vurğulayıb ki, Donald Tramp administrasiyası hələ də diplomatik danışıqlara üstünlük verdiyini bildirir.
"Əgər belə bir qərar qəbul olunsa belə, müharibə uzunmüddətli və ağır nəticələrə gətirib çıxara bilər. İranın coğrafiyası və əhali miqyası ABŞ üçün İraq və Əfqanıstandan daha çətin bir müharibə deməkdir".
Ekspert əlavə edib ki, hazırda daha real görünən ssenari məhdud hədəfli əməliyyatlardır.
"Bunlara Hörmüz boğazı üzərində nəzarətin gücləndirilməsi və ya Xarq adasının ələ keçirilməsi kimi addımlar daxildir. Bu isə Vaşinqtonun İran üzərində iqtisadi və siyasi təzyiqini artırmaq məqsədi daşıya bilər.
ABŞ-ın İrana qarşı tammiqyaslı quru əməliyyatı hazırda real görünməsə də, regionda gərginliyin artması fonunda risklərin tamamilə aradan qalxdığını demək də mümkün deyil. ABŞ rəhbərliyinin diplomatik kanalları açıq saxlaması isə genişmiqyaslı müharibə ehtimalını müəyyən qədər azaldan əsas amillərdən biri kimi qiymətləndirilir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 29 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun