Vikipediyanın dizaynı 12 ildən sonra dəyişdi - FOTO
Vikipediyanın dizaynı 12 ildən sonra dəyişdi - FOTO
Vikipediya layihəsinin sahibi olan "Wikimedia" Fondu internet ensiklopediyasının son 12 ildə ilk dəfə irimiqyaslı yenidən dizaynını həyata keçirib.
Yeni dizayn Vektor-2022 adlanır. Orada məqalələrin məzmun cədvəli səhifənin sol tərəfində göstərilir ki, bu da materiallar arasında naviqasiyanı sürətləndirir. Maksimum xətt eninin dinamik parametrləri yaradılıb.
Yeni funksiya məzmunu genişekranlı monitorlarda daha yaxşı göstərmək üçün lazımdır. Bundan əlavə, dizaynerlər dil dəyişdirmə düyməsini daha görünən yerə - yuxarı sağ küncə köçürüblər.
Ümumilikdə, Vikipediyanın yeni versiyasında doqquz böyük dəyişiklik var. Tərtibatçılar iddia edirlər ki, yenidən dizayn zamanı köhnə variantlardan heç birini silməyiblər.
Vektor-2022-nin üzərində dünyanın hər yerindən 30-dan çox dizayner, proqramçı və mütəxəssis çalışıb. Bəzi dəyişikliklər tərtibatçılar üçün asan olmayıb və qrupda qızğın müzakirələrə səbəb olub.
Qeyd olunub ki, artıq internet ensiklopediyasının 314 dil versiyasında interfeysin tam və ya qismən dəyişdirilməsi baş verib.
Mənbə: Mashable / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR