Virusa yoluxmanın xəbərdarlıq siqnalı: İybilmə niyə itir?

Virusa yoluxmanın xəbərdarlıq siqnalı: İybilmə niyə itir?Koronavirusun əsas simptomlarından biri də qoxu və dad hissinin itməsidir. Müvəqqəti qoxu itkisi əsaslı bir nevroloji simptom hesab olunur və COVID-19 xəstəliyinin ən erkən üzə çıxan və ən çox yayılan  göstəricisidir. Bir sıra tədqiqatlar hesab edir ki, bu simptom xəstəliyin qızdırma və öskürək kimi digər əlamətlərindən daha dəqiq əlamət, siqnaldır. Lakin bu simptomun bioloji mexanizmləri son vaxtlara qədər naməlum qalıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Harvard Tibb Məktəbinin neyrobioloqlarının rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, yuxarı burun boşluğunda, COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna çox həssas, qoxubilməyə məsul olan hüceyrələrin növünü müəyyən ediblər.
Məlum olub ki, qoxunu müəyyən edən  və onu beyinə ötürən sensor neyronlar bu tip hüceyrələr arasında deyil. Alimlər təyin ediblər ki, iyibilmə neyronları (ORN) koronavirusun bədən hüceyrələrinə nüfuz edən zaman əlaqəyə girdiyi ACE2 zülalının kodlaşdırdığı geni ifadə etmir. Əksinə, ACE2 zülalı ORN-nu metabolik və struktur cəhətdən təmin etmək üçün bir çox hüceyrələyə,  həmçinin qan damarı və müəyyən növ kök hüceyrələrinə ekspressiya edir. Alimlər bildirir ki, əldə edilən nəticələr, yeni koronavirusun qoxu hissində yaratdığı dəyişikliklərin neyronların birbaşa infeksiyası ilə deyil, dəstəkləyici hüceyrələrin işinə təsiri ilə əlaqəli olduğunu göstərir.
Bu isə o deməkdir ki, əksər hallarda SARS-CoV-2-yə yoluxma sinir şəbəkəslərinə qalıcı zərər vermir və buna görə də qoxunun tamamilə itməsinə səbəb olmur.  Amma tədqiqatçılar hesab edir ki, bu nəticəni təsdiqləmək üçün daha çox məlumatları və mexamizmi  araşdırmaq lazımdır.
Məlumatlara görə, bu müvəqqəti hal, COVID-19 xəstələrinin əksəriyyətində baş verir.
Qeyd edək ki, LOR-cərrah, uzman həkim Murad Şıxəliyev e-tibb.az-a bildirib ki, iybilmə və dadbilmənin itməsinə təkcə COVID zamanı rast gəlinmir. Zökəm, qrip, burun ətrafı ciblərdə xroniki iltibab, el arasında haymorit, frontit, sinusit deyilən xəstəliklərdə, habelə burunda allergiyaya bağlı poliplər olan zaman iybilmə və dadbilmənin itməsi mümkündür:
"Lakin COVID-lə bağlı fərq ondan ibarətdir ki, bu xəstəlik zamanı burunda o qədər də tıxanıqlıq olmur. Yəni əsasən iybilmə 95 faiz hallarda burunun lokal yerli problemlərinə bağlı olur. COVID zamanı isə burun boşluğu təmiz olur, burunda hər hansı dəyişiklik yaranmır. Bu halda iybilmə və dadbilmənin pozulması mərkəzi sinir sistemi, yəni daha yüksəkdə olan iybilmə mərkəzinə bağlı olur. Bunun da səbəbi COVID-i törədən SARS virusunun birbaşa mərkəzi sinir sistemi, beyinə təsir etməsi ilə bağlıdır. Ona görə də burun, ağız boşluğunda, dildə  hər hansı dəyişiklik yaranmır, mərkəzi sinir sisteminə bağlı olan problemlər yaşanır. Hər kəs bu xəstəliyi fərqli keçirir, əksər hallarda bütün simptomlar tam keçib gedir. Əgər iybilmə və dadbilmənin itməsi COVID-ə bağlıdırsa, hazırkı araşdırmalar göstərir ki, bəzi hallarda iybilmə və dadbilmə davamlı olaraq itə də bilər. Bu, nə qədər davam edəcək? Xəstəlik nisbətən yeni olduğu üçün bunu demək çətindir. Bizim yalnız bir neçə aylıq nəticələrimiz var. Ümumiyyətlə, hesab olunur ki, əgər iybilmə pozulubsa, mərkəzi sinir sisteminə bağlıdırsa, bu, 9 ay, 1 il bərpa olunmadısa, sonra bərpa olunma şansı demək olar ki, yoxdur. Ona görə də ağırlaşmış COVID xəstələrində xəstəliyin qalıq əlamətləri qalarsa, ola bilər ki, iybilmə, dadbilmə bərpa olunmasın".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 09 avqust 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər