VİSA və "Azərikard" strateji əməkdaşlıq müqaviləsini imzaladı
VİSA və "Azərikard" strateji əməkdaşlıq müqaviləsini imzaladı
VISA və "Azərikard" prosessinq mərkəzi yeni ödəniş həlləri və rəqəmsal emissiyaların inkişafı üçün əməkdaşlıq müqaviləsi imzalayıb.
Tərəfdaşlıq çərçivəsində VISA və "Azərikard" rəqəmsal emissiyanı inkişaf etdirmək və geniş istifadəçi kütləsi üçün yenilikçi rəqəmsal ödəmə həlləri yaratmaq üçün çalışacaqlar. Bu əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcək.
VISA-nın Qafqaz regionu ölkələri üzrə meneceri Kristina Doroş bildirir ki, "Azərikard"la əməkdaşlıq Azərbaycanda ekosistem ödənişlərinin inkişafı üçün geniş perspektivlər açacaq və bizə istifadəçi üçün daha rahat yeni rəqəmsal servislər yaratmağa imkan verəcək.
"VİSA ilə tərəfdaşlıq müqaviləsinin imzalanması vacib hadisədir və bu, "Azərikard" prosessinq mərkəzinin Azərbaycanda kart texnologiyaları sahəsində liderliyinin göstəricisidir. Rəqəmsal ödəmələr texnologiyasının hazırlanması üçün birgə əməkdaşlıq təmassız, nağdsız ödəmələrin inkişafını sürətləndirəcək, istifadəçilər üçün komfortun və təhlükəsizliyin səviyyəsini artıracaq", - deyə "Azərikard" MMC-nin baş direktoru Fərid Quliyev bildirib. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var