VÖEN-i passiv olan şəxslərin NƏZƏRİNƏ: birdəfəlik ödəməni ala bilərsiniz - VİDEO

VÖEN-i passiv olan şəxslərin NƏZƏRİNƏ: birdəfəlik ödəməni ala bilərsiniz - VİDEOKoronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi bəzi anlaşılmazlıqlar yaradıb.
Milli.Az xəbər verir ki, məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirib.
Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Nazirlər Kabinetinin 127№-li 7 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən, birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur ki, bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır. Başqa sözlə, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
Birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir.
N.Dərgahov dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilməsi barədə də məlumat verib. Qeyd edib ki, bugünə qədər 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramdan yararlanıblar. Onu da əlavə edib ki, bir sıra sahibkarlar maliyyə dəstəyi proqramına qoşulmaq üçün İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub göndərmək əvəzinə, maliyyə dəstəyi almaq üçün İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə məktubla müraciət edirlər. Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər. Həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaqdır.
Milli.Az

/news.milli.az

İqtisadiyyat       Tarix: 23 aprel 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026