Vüqar Bayramov: "Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir"

Vüqar Bayramov: "Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir"Azərbaycanda 2019-cu ildə qeyri-formal iqtisadiyyata qarşı aparılan mübarizə nominal orta aylıq əməkhaqqında 15 faizlik artıma imkan yaradıb.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı Vüqar Bayramov son vaxtlar bəzi mətbu orqanlarda Azərbaycanda orta aylıq əməkhaqqının digər MDB ölkələri ilə müqayisəsinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, bu il ölkədə 160 mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Bu da qeyri-formal məşğulluğun rəsmiləşdirilməsidir. Və nəticə etibarilə orta aylıq əməkhaqqında artım tempinin yüksəlməsinə gətirib çıxarıb:
"Orta aylıq əməkhaqları barədə danışarkən alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyən müqayisəyə ehtiyac var. Xüsusi qeyd etmək lazımdır ki, nominal və ya beynəlxalq dollar ifadəsində orta aylıq əməkhaqlarının müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmadan mövcud vəziyyəti qiymətləndirmək olmur. Azərbaycanda da orta aylıq əməkhaqqının digər ölkələrlə müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, qeyri-formal məşğulluğun minimallaşdırılması və növbəti illərdə islahatların davam etdirilməsi birmənalı şəkildə proqnozlaşdırmağa imkan verir ki, yaxın vaxtlarda Azərbaycan nominal orta aylıq məbləğə görə MDB-də ilk üçlüyə daxil ola biləcək. Xüsusən, nəzərə almaq lazımdır ki, qeyri-formal məşğulluğun minimallaşdırılması rəsmi əməkhaqqı səviyyəsinin yüksəlməsinə imkan verir. Bu da nəticə etibarilə rəsmi əməkhaqqı məbləğlərinin eyniləşməsinə şərait yaradır. Bu baxımdan, real əməkhaqlarını müqayisə etsək, Azərbaycan MDB məkanında daha yüksək əməkhaqqı təklif edən ölkələrdən biridir və sözsüz ki, qonşu ölkələrdəki həyat səviyyəsini Azərbaycanla müqayisə etsək, birmənalı şəkildə bunun şahidi olarıq. Beləliklə, rəsmi əməkhaqqının real əməkhaqqına çatdırılması və nəticədə qeyri-formal məşğulluğun aradan qaldırılması növbəti illərdə Azərbaycanın MDB-də ən aparıcı yerlərdən birində qərarlaşmasına imkan verəcək".
V.Bayramov vurğulayıb ki, bu baxımdan, hazırda real əməkhaqqı müqayisəsində Azərbaycan MDB-də daha yüksək orta aylıq əməkhaqqı təklif edən ölkələrdən biridir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alınmaqla MDB-də ən yüksək minimum əməkhaqqı verən ilk ölkələrdəndir".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar