Vüqar Behbudovdan övladlığa götürmə ilə bağlı AÇIQLAMA
Vüqar Behbudovdan övladlığa götürmə ilə bağlı AÇIQLAMA
Övladlığa götürmə prosesi də Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin Azərbaycan Respublikasının vətəndaşı olan, eləcə də olmayan şəxslərin vahid uçotu elektron qaydada aparılır.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov "Sosial saat" layihəsində çıxışı zamanı deyib.
O bildirib ki, övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşaqların mənafeyinə uyğunluğu haqqında rəy Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən verilir:
"Bu proses tam şəkildə avtomatlaşdırılıb. Belə ki, vətəndaş müvafiq qaydada müraciət edir və əməkdaşlarımız bu müraciəti qiymətləndirir. Daha sonra müvafiq monitorinqlər həyata keçirilir".
Könül Cəfərli /oxu.az

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib