Vüqar Mirheydərov: Pandemiya dövründə ziyan çəkməyən sahibkarlara güzəştlərin tətbiq edilməsi ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin nətic

Vüqar Mirheydərov: Pandemiya dövründə ziyan çəkməyən sahibkarlara güzəştlərin tətbiq edilməsi ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin nətic"Pandemiya dövründə ziyan çəkməyən sahibkarlara da güzəştlərin tətbiq edilməsi, ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Mirheydərov deyib.
Onun sözlərinə görə, sahibkarlara dövlət dəstəyi proqramında təqdim edilən güzəştlər üç əsas qrup vergi ödəyicilərinə verilir:
"Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə edilən güzəştlər, mikro-biznes sahibkar qrupuna (pandemiyadan zərər çəkmiş sahələrdə çalışmaqdan asılı olmayaraq) edilən güzəştlər və bütün vergi ödəyicilərinə edilən güzəştlər.
Mikro-biznes qrupuna edilən güzəştlər sırasında sadələşdirilmiş vergi dərəcəsinin 2%-dən 1%-ə endirilməsini, sadələşdirilmiş vergi və mənfəət (gəlir) vergisi ödəyicilərinə hesabatların təqdim olunması və həmin hesabatlarla bağlı vergi öhdəliklərinin ödənilməsinə 2020-ci ilin sentyabrın 1-i tarixinə kimi möhlətin verilməsini, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin karantin dövrü üçün etdiyi ödənişi növbəti hesabat dövrlərinə aid edilməsini və həmin qəbz əsasında işləməsini göstərmək olar".
Bütün vergi ödəyicilərinə edilən güzəştlərə gəldikdə isə ekspert deyib ki, pandemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılmasına icazə verililir:
"Nəhayət, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növləri ƏDV-dən müddətli azad edilir. "Sosial sığorta haqqında Qanuna" edilən dəyişiklikləri nəzərdən keçirərkən sosial sığorta haqlarının ticarət və tikinti sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar üzrə minimal əmək haqqının 50%-dən 25%-ə, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar üçün isə 25%-dən 15%-ə kimi endirilməsi, sabit qəbz və fərqlənmə nişanı ilə çalışanlar üçün sosial sığorta haqqının məbləğinin azaldılması və həmin şəxslərin hesabat vermək öhdəliyi ləğv edilərək sabit qəbz almaqla sosial sığorta ödənişlərini həyata keçirmələri təklif edilib. Kənd təsərrüfatında çalışan fərdi sahibkarların istifadəsində olan kənd təsərrüfatı məqsədləri üçün yararlı torpağın sahəsinə uyğun olaraq sosial sığorta haqlarının differensialaşdırılması tədbiq olunur. Nəhayət sərbəst vəkil, auditor və mühasiblərin sosial sığorta haqları 20%-dən 10%-ə endirilib".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 may 2020
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun