"Vüqarın ölümünə anası dözmədi, mən şəkər tapdım, ayaq barmaqlarımı kəsiblər
"Güclü şəkərim var idi, sol ayağımın 5 barmağını kəsiblər. Müalicə ilə alınmadı, şəkər yüksək idi, həkim dedi ki, mütləq kəsilməlidir. Mən də özümə baxmadım, indi onun ağrısını çəkirəm. Özümü elə də yaxşı hiss etmirəm, evdə müalicə alıram. Həkim gəlib qulluq edib, gedir. Elə yaxşı insandır ki. Yavaş-yavaş evin içində gəzirəm. Oğlumun yanında qalıram, baldızım da qonşumdur, gəlib yeməyimi verir, evi yığışdırıb gedir".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib. O daha sonra əlavə edib.
"İki oğlum olub, təbii ki, ata üçün övladlarının hər biri əziz və istəklidir, amma Vüqar ayrı övlad idi. Vüqar bir dənə idi, gəldi və getdi. Həm sənətdə, həm də həyatda. Allah onu bizə çox gördü. Onun ölümündən sonra anası dözə bilmədi, rəhmətə getdi, mən də güclü şəkər xəstəliyi tapdım. Onsuz dözmək çox çətindir, mən övlad yox, dağ itirdim. Belimi qırıb getdi. Onun üçün məzarının üstündə heykəl ucaltdım. Ayağ barmaqlarım kəsilsə də bu gün də məzarı üstünə getmişdim. Hər cümə axşamı, 2 gündən bir gedib məzarını ziyarət edirəm. Onu tək qoymuram, yeganə təsəllim onun məzarıdır. Gedib gələndən sonra rahatlıq tapıram" deyə meyxanaçının atası bildirib.
Meyxanaçının atası oğlunun pandemiyadan sonra evlənmək istədiyini də bildirib.
"Evə saat neçədə gəlirdisə mənimlə danışıb, məni qucaqlayıb, öpüb gedirdi. Bəzən düşünürəm ki, mən ölməli idim, amma o rəhmətə getdi. Zarafata salıb deyirdim ki, "gəl səni evləndirək". Deyirdi ki, "evlənərəm də". Pandemiya bitdi, dedi ki, "ata, sən nə deyirsənsə odur, evlənirəm". Amma evlilik ona qismət olmadı. Onun yoxluğu ilə barışa bilmirəm" deyə meyxanaçının atası bildirib.
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA