Vurmaq, ya vurmamaq? - Trampın "İran çıxılmazı" və Vaşinqtonun sınağı

Vurmaq, ya vurmamaq? - Trampın Vaşinqtonun Tehranla Pakistan vasitəsilə apardığı pərdəarxası danışıqların hələ də konkret nəticə verməməsi regionda gərginliyi son həddə çatdırıb. Məlumata görə, ABŞ-ın xüsusi nümayəndələri Kuşner və Uitkoffun rəhbərlik etdiyi bu təmaslar Dövlət Departamentinin peşəkar diplomatlarını kənarda qoyaraq, daha çox şəxsi sövdələşmə xarakteri daşıyır.
Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı verdiyi və aprelin 6-da başa çatan 10 günlük ultimatumun vaxtını daha bir gün – aprelin 7-si yerli vaxtla saat 20:00-a qədər uzadıb. Birjalara zərbə vurmamaq üçün bu saatı seçən Tramp, son tvitində "danışıqlarda konkret irəliləyiş olsa, müddət yenidən dəyişə bilər" deyərək geri çəkilmək üçün qapını açıq qoyub.
Vurmaq, ya vurmamaq? - Trampın KONKRET.az xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata görə, tərəflər arasında 45 günlük müvəqqəti atəşkəs planı müzakirə olunurdu. Bu planın ilkin mərhələdə müharibəni dayandırması, yekun mərhələdə isə Hörmüz boğazının açılması və İranın nüvə proqramının taleyinin həllini nəzərdə tuturdu. Belə bir sxem Trampa "bataqlıqdan" çıxmaq şansı versə də, Tehrana dərhal heç bir öhdəlik qoymurdu. Lakin rəsmi Tehran bu təklifi rədd edərək qarşı tərəfə faktiki olaraq "kapitulyasiya" şərtləri təqdim edib. İran müvəqqəti atəşkəsdən imtina edərək Ukrayna müharibəsindəki Rusiya modelinə bənzər mövqe sərgiləyir: əvvəlcə müharibənin başa çatması şərtlərində razılaşmaq, yalnız sonra atəşi dayandırmaq. Üstəlik, Tehran regiondakı bütün münaqişələrin dayandırılmasını, İsrailin HƏMAS və Hizbullaha qarşı əməliyyatlarını bitirməsini, sanksiyaların tam ləğvini və İrana təzminat ödənilməsini tələb edir.
Vurmaq, ya vurmamaq? - Trampın Tramp bu rədd cavabından sonra daha sərt və bəzən ziddiyyətli bəyanatlarla çıxış etməyə başlayıb. O, "İranın neftini özümə götürərdim, amma amerikalılar məni anlamaz" və ya "İranlılar bomba səsi eşitməyəndə kədərlənirlər" kimi ifadələrlə emosional fonu qızışdırır. ABŞ və İsrailin "fanatikləri sıradan çıxarıb dialoqa meyilli qüvvələr tapmaq" strategiyası hələ ki, nəticə vermir. İran rejimi gözləniləndən daha dözümlü çıxdı. Hətta yeni Ali Lider Müctəba Xameneyinin səhhəti ilə bağlı yayılan şayiələr və efirdə süni intellektlə hazırlanmış videoların göstərilməsi belə sistemin sarsılmadığını göstərir. Bu, beynəlxalq aləmdə "ölkəni fiziki olaraq mövcud olmayan şəxs də idarə edə bilər" kimi yeni bir texnoloji idarəetmə presedenti yaradır.
Hazırda Hörmüz boğazında vəziyyət kritikdir. Müharibədən əvvəl gündəlik 135 gəminin keçdiyi boğazdan ötən həftəsonu cəmi 20 gəmi keçib. Tehran boğazı yalnız "düşmən" ölkələr üçün bağladığını desə də, praktiki olaraq hər bir keçid üçün xüsusi icazə və qeyri-rəsmi olaraq 2 milyon dollara yaxın "təhlükəsizlik rüsumu" tələb olunur. SEPAH gəmiləri "təhlükəsiz marşrutla" müşayiət etmək müqabilində bu vəsaiti toplayır ki, bu da beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulmasıdır. Rusiya, Çin və Hindistan kimi "dost" ölkələr üçün belə bu rüsumun tətbiqi gündəmdədir. Əgər Tramp boğazın qismən açılmasını öz qələbəsi kimi qələmə verib geri çəkilsə, bu, beynəlxalq ticarətdə xaos yaradan bir presedent kimi tarixə düşəcək. Trampın "bu, əhəmiyyətli təklifdir, amma hələ kifayət deyil" deməsi onun növbəti dəfə "göz qırpmağa" hazır olduğundan xəbər verir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 08 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri