Vüsal Qasımlı: Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdır

Vüsal Qasımlı: Faiz dəhlizi parametrləri tarazlaşdırıcı olmalıdırMərkəzi Bankın qərarına əsasən uçot dərəcəsi 7.25% və faiz dəhlizinin aşağı həddi 6.75% səviyyəsində dəyişməz saxlanılmaqla, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib.
Milli.Az xəbər verir ki, bu qərarı Trend-ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, faiz dərəcələri dəhlizinin maksimal həddi bir günlük vəsaitlərin yerləşdirmə (Əks-REPO) faiz dərəcəsini müəyyən edir:
"Beləliklə, Mərkəzi Bank vəsaitləri 1 faiz ucuz yerləşdirməklə bazarda orta faiz dərəcəsini aşağı salmaq və ucuz likvidliklə təminetmək niyyəti barədə siqnal verir. Çünki banklararası pul bazarında faiz dərəcələri artırdı ki, bu da nəticə etibarı ilə kreditlərin bahalaşmasına gətirib çıxara bilərdi. Başqa tərəfdən isə, banklarası bazarda pulun bahalaşması yığımın artırılması üçün siqnaldır ki, bunu hələlik reallıqda görmək mümkün deyil".
V.Qasımlının sözlərinə görə, pul bazasının təkcə bu ilin mart-aprel aylarında 2 milyard manatdan çox və ya 17 faiz daralması manatla faizlərin yüksəlməsinə rəvac verir:
"Manatla nağd pul kütləsinin və bank ehtiyatlarının azalması, kredit resurslarını məhdudlaşdırır və faizlərə artırıcı təsir göstərir. Eyni zamanda pul multiplikatoru - bank sisteminin pul yaratmaq qabiliyyəti aşağı düşür. Banklarası REPO bazarındada orta faiz bu ilin mart-aprel aylarında iki dəfəyə yaxın yüksəlib. Buna görə də faiz dəhlizinin maksimal həddinin aşağı endirilməsi faizlərə cilovlayıcı təsir bağışlayacaq".
Vüsal Qasımlı hesab edir ki, tədiyyə balansında yaranmış kəsir fonunda investisiya fəallığının artırılması üçün faiz dərəcələrinin aşağı salınması arzuolunandır:
"Ucuz və əlverişli maliyyələşmə mənbələrinin olması böhranla mübarizədə əsas şərtdir."
V.Qasımlının sözlərinə görə, tədiyyə balansının kəsirinin yaranması uçot dərəcəsinin aşağı düşməsinə imkan vermir:
"Bir yandan bizə ucuz maliyyə lazım olduğu kimi, digər tərəfdən də manatın sabitliyini qorumaq və inflyasiyanı nəzarətdə saxlamaq üçün uçot dərəcəsini aşağı salmaq olmur. Beləliklə, faiz dəhlizi parametrləri makroiqtisadiyyat üçün tarazlaşdırıcı olmalıdır. İndiki halda prioritet maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması və real sektorun maliyyələşdirilməsidir".
İİTKM-in rəhbərinin fikrincə, Mərkəzi Bankın bundan əvvəlki qərarı ilə faiz dərəcələri dəhlizinin minimal həddi, yəni bir günlük vəsaitlərin cəlb olunma (REPO) faiz dərəcəsidə yüksəldilib:
"Hazırda faiz dərəcəsi dəhlizi son bir ildə ən dar çərçivədədir, çünki mütəmadi olaraq dəhlizin yuxarı həddi azalır və aşağı həddi isə yüksəlir, bir sözlə, bir-birinə yaxınlaşdırılır. Məsələn, 1 il qabaq faiz dərəcəsi dəhlizinin aşağı və yuxarı hədləri 4% fərqlənirdisə, indi bu göstərici 1,25%-ə enib. Təqdirəlayiq haldır ki, paralel olaraq kredit və depozit faizləri arasında spreddə kiçilir".
V.Qasımlı bildirib ki, bir günlük vəsaitlərin cəlbi və yerləşdirməsini ehtiva edən faiz dəhlizinin aşağı və yuxarı hədləri vasitəsilə Mərkəzi Bank bazarda likvidliyi çevik tənzimləyə bilir:
"Bütün dünyada olduğu kimi, bizim Mərkəzi Bank da çalışır ki, onun təklif etdiyi faiz dəhlizi ilə orta bazar faizi arasında spred kiçilsin və transmissiya gücü artsın. Bu məqamda Azərbaycanda da beynəlxalq metodikaya uyğun orta bazar faizini - bençmarkı müəyyənləşdirmək yerinə düşərdi. Çünki bu alət istinad nöqtəsi olmaqla pul bazarında faizlərin müəyyənləşdirilməsində və monetar siyasətdə istifadə oluna bilər. Banklararası qısa müddətli faiz dərəcəsini təqdim etmək üçün Avrozonada EONİA, Rusiyada RUONIA və Qazaxıstanda TONİA kimi indekslərdən istifadə olunur".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 02 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun