Vyana filarmoniyasının musiqiçiləri terrorçulardan gizlənənlər üçün konsert verdilər - VİDEO
Vyana filarmoniyasının musiqiçiləri terrorçulardan gizlənənlər üçün konsert verdilər - VİDEO
Vyana filarmoniyasının musiqiçiləri polislərin terrordan sonra binada qalmalarını istədiyi tamaşaçılar qarşısında yeni konsertlə çıxış ediblər.
Bununla bağlı "Life Shot" "Telegram" kanalı kadrlar yayımlayıb.
Musiqiçilər bu addımları ilə terror hücumu xəbərlərindən sonra təlaşa düşən insanlara dəstək olublar.
Sonradan Vyana Dövlət Filarmoniyasında olan tamaşaçılar metropoliten xətlərindən biri vasitəsilə təxliyyə olunublar.
Xatırladaq ki, bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və üç mülki şəxs həlak olub.
Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib.
Polis silahlılardan dördünü saxlayıb. Terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçib. Onlardan azı biri İŞİD terror təşkilatının üzvüdür.
Daha üç silahlının axtarışı isə davam etdirilir.
Terrorla əlaqədar Avstriyada sərhədlər də daxil olmaqla, bütün ölkə ərazisində təhlükəsizlik gücləndirilib. Səlahiyyətlilər vətəndaşları ehtiyac olmadığı təqdirdə çölə çıxmamağa çağırırlar. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb