Wolt və Visa pulsuz çatdırılma kampaniyası ilə əməkdaşlığı elan etdi
Əməkdaşlıq şəhərimizin ən dadlı restoranlarından Wolt-dan sifariş olunmuş və Visa kartları ilə ödənilmiş sifarişlərdə pulsuz çatdırılma təklif edir
17 apreldən başlayaraq Wolt və Visa Bakıda bütün Visa kart sahibləri üçün pulsuz çatdırılma kampaniyasına başladı. Kampaniyanın şərtlərinə əsasən, istifadəçilər şəhərimizin ən dadlı restoranlarından Wolt-dan sifariş olunmuş və Visa kartları ilə ödənilmiş sifarişlərdə pulsuz çatdırılmadan yararlana bilər. Visa kartı ilə ödəniş edən bütün istifadəçilər üçün çatdırılma haqqı bonus şəklində Wolt hesabına qaytarılır və növbəti sifarişlərdə endirim kimi istifadə oluna bilər. Çatdırılma haqqı Wolt hesabına sifariş müştəriyə çatdırıldıqdan dərhal sonra əlavə olunur. Bonuslar əldə olunduğu gündən sonra 14 gün ərzində istifadə oluna bilər.
Visa şirkətinin Qafqaz regionunda meneceri Kristina Doros dedi ki: "Sadə addımlar ilə biz istifadəçilərə nağdsız ödənişlərin üstünlüklərini göstərə və, həmçinin, nağdsız ödənişlərin ümumi inkişafını və müştərilərin onlara güvənini gücləndirə bilərik. Çatdırılma xidmətlərinə olan tələbatın artdığını nəzərə alaraq biz Wolt ilə birləşib Visa kart sahiblərinə pulsuz çatdırılma kimi əlavə dəyəri təqdim etməyi qərara aldıq. Bu şəkildə biz çatdırılma xidmətini daha da populyar və əlçatan edirik."
Wolt şirkətinin Baş Meneceri Fuad Babayev qeyd etdi: "Biz daima xidmət səviyyəmizi təkminləşdirmək və istifadəçilərimizə ən sərfəli təklifləri təqdim etmək üçün çalışırıq, və bu səbəbdən Visa ilə pulsuz çatdırılma kampaniyasına başladığımıza çox şadıq. Kampaniyaya əsasən Visa kartları ilə ödəniş edən bütün müştərilər sifarişdən sonra çatdırılma haqqını Wolt hesablarına geri alacaq və növbəti sifarişlərdə endirim kimi istifadə edəcək. Biz, pandemiya şərtlərində sürətlə dəyişən vəziyyətə uyğunlaşmaq üçün əzmkarlıqla çalışırıq və əminik ki, pulsuz çatdırılmadan əlavə bu kampaniya insanların evdə qalaraq nağdsız ödənişlərdən yararlanaraq, onların təhlükəsizliyini təmin etməkdə köməklik göstərəcək." /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar