"WUF13-ün Bakıda keçirilməsi ölkəmizdəki sabitliyin və təhlükəsizliyin göstəricisidir" - Deputat

"WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqidir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
O qeyd edib ki, Bakı dünyanın mühüm diplomatik mərkəzlərindən biri hesab olunur:
"Son on ildə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan üçün miqyası tam qiymətləndirilməsi çətin olan çox mühüm nəticələr əldə olunub. Söhbət yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmasından getmir - Azərbaycan artıq qlobal diplomatik proseslərin ayrılmaz hissəsinə çevrilib. Bu gün Bakı dünyanın mühüm diplomatik mərkəzlərindən biri hesab olunur. Məhz buna görə də belə böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, ardıcıl şəkildə qurulan strateji siyasi xəttin nəticəsidir. BMT-nin Dünya Şəhərsalma Forumu- WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və Bakının qlobal diplomatik mərkəz kimi rolunun növbəti təsdiqidir".
Parlamentari bildirib ki, WUF13-ün Azərbaycanda keçirilməsi Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri baxımından böyük əhəmiyyət daşıyır:
"WUF13-ün Azərbaycanda keçirilməsi xüsusilə Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndləri XXI əsrin ən müasir texnologiyaları, "ağıllı şəhər" (smart city) və dayanıqlı inkişaf prinsipləri əsasında yenidən qurur. Bu, dünya miqyasında nadir və unikal təcrübə hesab olunur. Forum çərçivəsində mənzil siyasəti, dayanıqlı şəhərlər, urbanizasiya və iqlim dayanıqlılığı ilə bağlı beynəlxalq təcrübə mübadiləsi aparılacaq. Bu həm Azərbaycanın yeni həllərlə tanış olması, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın postmünaqişə bərpa modelini yaxından görməsi üçün mühüm imkan yaradacaq".
Deputat vurğulayıb ki, WUF13-ün Bakıda keçirilməsi ölkəmizdəki sabitliyin və təhlükəsiz mühitin göstəricisidir:
"WUF13-ün Bakıda keçirilməsi ölkəmizdəki sabitliyin və təhlükəsiz mühitin göstəricisidir. Dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Bakı müxtəlif ölkələri və xalqları bir araya gətirən etibarlı əməkdaşlıq məkanı kimi önə çıxır".
Şahanə Ziyad

Siyasi       Tarix: 19 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun