Xalq artisti terror aktından danışdı
Xalq artisti Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb.
azxeber.com xəbər verir ki, müğənni bu barədə şəxsi "İnstagram" hesabında video paylaşıb.
"Crocus City Holl"da baş verən dəhşətli terror hadisəsi hər birimizə çox pis təsir etdi, günahsız insanlar öldü. Heç bir millətin nümayəndəsinə, insanına heç nə olmasın. Allah ölənlərə rəhmət etsin. Rusiyada minlərlə həmvətənlərimiz, qohumlarımız yaşayır. Allah bütün dünyanı, həmvətənlərimizi qorusun. Bu hadisə bir daha insanı düşündürür ki, bizim ölkəni nə qədər həzm etməyənlər var. Ayıq olmağımız çox vacibdir. Bizim rahat yaşamağımızın keşiyində gecə-gündüz nə qədər insan çalışır. Allah dövlətimizi qorusun. Biz dövlətimizə hər zaman güvənirik, lazımi qurumlar bizim rahat yaşamımızı təmin edir. Allah daim onlara güc-güvvət versin. Bu arada, sənət dostum Röyanın və onun komandasının salamat olmasına çox şükür edirəm".
Qeyd edək ki, Moskvada ticarət mərkəzində naməlum şəxslər tərəfindən terror aktı törədilib. Çox sayda insan yaralanıb və həlak olub. Ardınca həmin məkanda yanğın baş verib.
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır