Xalq artistinin qızı: "Atamın səhhəti pisləşib, ayaqları tutulub

Xalq artistinin qızı: "Həkimin atamın müalicəsi üçün yazdığı sistemlər və iynələrin hamısını vurduqduq. Hazırda ancaq həb qəbul edir. İki gün əvvəl o özünü ötən günlərdən fərqli olaraq daha gümrah, daha yaxşı hiss edirdi. Sanki gözləri açılmışdı. Amma ailəmizdə cavan yaşda yaxınımızın qəfil vəfatı atamın səhhətini pisləşdirdi. Artıq iki gündür ki, o, özünü pis hiss edir. Xəstəliyi sanki yenidən baş qaldırıb".
azxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova bizim.media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.
Sənətkarın qızı atasının səhhətinin yenidən pisləşdiyini dilə gətirib:
"İtki xəbəri atama çox pis təsir edib. Hələ də atam bu itki ilə barışa bilmir. Səhhəti pisləşib. Tez-tez başı hərlənir. Ayaqları da yer tutmur, əsa ilə gəzir. Sistemlərdən və iynələrdən atamın bədəni deşik-deşikdir. Preparatlar onu ayağa qaldırsa da, lakin əks təsirsiz ötüşmür. Onlar birbaşa böyrəklərə və qara ciyərə mənfi təsir göstərir.  
Böyrəklərində dörd kistası var. Bu da digər xəstəliklərə yol açır. İştahası kəsilib. Güclə yemək yeyir".
Ə.Həsənovun qızı bildirib ki, "TƏBİB" və Mədəniyyət Nazirliyi atasının səhhəti ilə maraqlanmır.
"Hər iki qurum düşünür ki, atam artıq sağaldı və hər şey yaxşıdır. Xeyr, bu belə deyil. Atamın hələ də səhhətində problemlər var. O, özünü yalnız hiss edir. Atamın dəstəyə ehtiyacı var".

Şou Biznes       Tarix: 28 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar novruz bayramı krminal bu gun dunyada son xeberler