Xamenei NATO-dan qorxdu? - MƏKTUBUN PƏRDƏARXASI
NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib.
KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda "NATO günləri"nə start verilib.
Bəli, indiki tədbirlər müxtəlif görüş və briffinqlərlə kifayətlənəcək. NATO fəallığı bütün ölkələrdə belə başlayır. Sonra birgə təlimlər intensivləşir. Nümunə kimi Gürcüstan, yaxud Rusiyanın hücumundan əvvəl Ukraynanı göstərmək olar. Sadəcə, Ukrayna bir güllə ilə iki quş vurmaq istədi. Avropa İttifaqı və NATO-ya eyni anda üzvlük isə qəliz məsələdir. Qərbin Kiyevi Avroviziya ilə sakitləşdirmək cəhdi də baş tutmadı. Çünki Zelenski münaqişənin dondurulmasını istəmir və Rusiyanın damında bayquş ulatmaq fikrindədir.
Xamenei NATO-dan qorxdu?
Azərbaycana qayıtsaq, NATO əməkdaşlığımız var, amma üzvlük məsələsi hələ gündəm deyil. Baxmayaraq ki, qardaş Türkiyə NATO üzvüdür və Prezident İlham Əliyev hətta Albaniya səfərində alyansla bağlı mühüm mesajlar verdi. Tiranadakı siyasi ismarıcların əsas ünvanı Tehran olub. İran təranələri, təyyarələri, tankları, sepahları, molla rejimi necə təşvişə düşdüsə, ali dini liderlərinin köməkçisi Azərbaycana "sevgi məktubu" yolladı. Bəlkə də məktub Əli Xameneinin öz adından olsaydı, səmumla yolladıqları səmimiliyi gilavar-xəzri vurub dənizə tökməzdi. Üzlükləri yuyulmazdı, saxtakarlıq duyulmazdı:
– Azərbaycanda yaşayanlar bildi ki, Xamenei bu məktubla Cənubi Azərbaycandakı azadlıq hərəkatını yatırtmaq istəyir;
– Bu yolla ələnib tək-tüklənən şiə agenturasının tam parçalanmasının qarşısını almağa çalışır;
Amma rusla fransızın bacı dediyi ermənini farsların da bacı sayması və ardınca bizə qardaş xitabı yersizdir. Şükür ki, Azərbaycanın Ermənistan kimi əxlaqsız bacısı yoxdur. Yalnız qonşusu ola bilər! Ümumiyyətlə bir binada qardaş (Türkiyə), dost (Gürcüstan), pozğun (Ermənistan), xain və oğraş qonşuların yaşaması normaldır. Həyat belə qurulub, elə regionumuz da!
Natiq Səlim,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü