Xamenei ölsə, İranı onlar idarə edəcək? - YENİ SSENARİ
İranda ali dini lider Ayətullah Seyid Əli Xameneinin səhhəti və mümkün varis məsələsi uzun müddətdir ölkə daxilində və beynəlxalq müstəvidə müzakirə olunur.
Məsələnin Yaxın Şərqdə güc balansına mümkün təsirləri ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Xameneinin siyasi səhnədən getməsi İranda köklü dəyişikliklərə səbəb olmaya da bilər.
Onun sözlərinə görə, Xameneinin yaşı ilə əlaqədar olaraq dini liderin dəyişdirilməsi mövzusu İranda xeyli müddətdir gündəmdədir.
"Hələlik bu istiqamətdə rəsmi qərar yoxdur. Bir müddət öncə Xameneinin guya üç nəfərlik namizədlər siyahısının olduğu barədə məlumatlar yayılmışdı. Həmin şəxslərin adları açıqlanmasa da, müxtəlif dairələrdə potensial varislərlə bağlı ehtimallar səsləndirilir", – deyə Oqtay Qasımov qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Xameneinin İran siyasi səhnəsindən getməsi mövcud rejimin siyasətində ciddi dəyişikliklər yaratmaya bilər.
"37 illik hakimiyyət dövründə Xamenei sərt xətt tərəfdarı kimi tanınıb və bu xətt Yaxın Şərqdə gərginlik yaradan əsas amillərdən biri olub. Onun hakimiyyətdən getməsi ilə proseslərin necə cərəyan edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir", – deyə o, vurğulayıb.
Oqtay Qasımovun fikrincə, mümkün ssenarilərdən biri daha yumşaq xətt tərəfdarının hakimiyyətə gəlməsidir. Bu halda İran ətrafında gərginliyin müəyyən qədər azalması ehtimalı var. Lakin əgər sərt xətt tərəfdarlarının mövqeyi güclənərsə və yeni dini lider Xameneinin siyasətini davam etdirərsə, Yaxın Şərqdə ciddi dəyişikliklərin şahidi olunmaya bilər.
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX