Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq15 oktyabr 2023-cü il tarixi xalqımızın yaddaşında  ən əlamətdar, ən sevincli günlərdən biri kimi əbədi olaraq qalacaqdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Həmin günü Azərbaycan xalqı 30 il həsrətlə və Ali Baş Komandana inamla gözləyib. Xalqımız heç vaxt inamını itirməyib. İşğal altında qalan torpaqlarımızı geri almaq üçün hər kəs Ali Baş Komandanın əmrini gözləyib. 27 sentyabr 2020-ci il - Vətən müharibəsi başlayan gündən  hər gün bizi qələbəyə yaxınlaşdırıb. Hər gün kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilib. İgid əsgər və zabitlərimiz bir addım belə geri çəkilməyiblər. Bu yolda sinələrini vətənə sipər edərək canlarından keçib şəhidlik zirvəsinə ucalıblar.
Prezident, Ali Baş Komandan İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. 
Xalqımız arzusunu yerinə yetdi, həsrətlə gözlədiyimiz an gəlib çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. Azərbaycan öz suverenliyinə qovuşdu. 
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. 30 il əvvəl öz doğma yurd-yuvalarını tərk edən vətəndaşlar  geri qayıdırlar. Artıq o torpaqlarda həyat qaynayır. Xankəndidə   Qarabağ Universiteti fəaliyyət göstərir,  gənclərin şən səsi ətrafa yayılır. İnsanlar sevinc içərisindədirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır". 
Bu gün Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı var. Bu isə artıq müstəqillik deməkdir. Dövlətimiz ordumuzun gücləndirilməsi üçün durmadan çalışır. Biz ordumuzun gücünü döyüş meydanında gördük. Ordumuz 44 gün ərzində düşmənin mövqelərini məhv edərək onların özləri və öz orduları haqqında yaratdıqları mifi  darmadağın etdi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan xalqı yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik.
Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq".
Azərbaycan xalqı 30 il ərzində böyük faciələrlə üzləşib. Bir milyondan çox  soydaşımız öz dədə-baba,  torpaqlarından, ev-eşiyindən boş əllə, yalın ayaqla qovuldu. Xocalı soyqırımı törədildi. Bakı şəhərində və Azərbaycanın rayonlarında məskunlaşan məcburi köçkünlər ağır şəraitdə - vaqonlarda, yataqxanalarda, yarımtikili evlərdə yaşadılar. İşğal olunan ərazilərimiz demək olar ki, tamamilə dağıdıldı. Bu gün erməni vandallarının törətdikləri vəhşilikləri işğaldan azad olan torpaqlarımıza gedən hər kəs görür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub.
Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq". 
Təhminə Vəliyeva
Şəhid baş leytenant İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini / azxeber.com

Siyasi       Tarix: 15 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat