Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi hadisə baş verən ərazidə qalıb - FOTO
Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.
Bu barədə "Report"a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.
O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşlərini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:
"Artıq 10 gündür qardaşımgilin nəşləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa, elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur".
Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.




Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var