XƏBƏRDARLIQ: Maaş kartınızdan kredit borcunuza görə pul tutulursa, mütləq bu addımı atın

XƏBƏRDARLIQ: Maaş kartınızdan kredit borcunuza görə pul tutulursa, mütləq bu addımı atınBəzi hallarda bankların vətəndaşların maaş kartlarından kredit borclarını avtomatik şəkildə tutması narazılıq doğurur. Xüsusilə də vətəndaş əvvəlcədən məlumatlandırılmadığını və ya açıq razılıq vermədiyini iddia etdikdə bu məsələnin qanuniliyinə dair suallar yaranır. Bəs vətəndaşın razılığı və ya əvvəlcədən yazılı məlumatlandırılması olmadan onun maaş kartından kredit borcunun avtomatik tutulması qanunvericiliyə uyğundurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, belə hallar əsasən kredit müqaviləsində göstərilən şərtlərə əsasən həyata keçirilir.
XƏBƏRDARLIQ: Maaş kartınızdan kredit borcunuza görə pul tutulursa, mütləq bu addımı atın"Bu məsələlər istər kredit verən, istərsə də kredit götürən şəxslər arasında Mülki Məcəlləyə uyğun bağlanmış kredit müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan qanunvericiliyində müqavilə azadlığı prinsipi mövcuddur. Yəni tərəflər Konstitusiyada nəzərdə tutulan hüquqları pozmamaq şərti ilə öz aralarında müəyyən şərtlər üzrə razılaşa bilirlər.
Bankların təqdim etdiyi çoxsəhifəli kredit müqavilələrində maaş kartından vəsaitin tutulması ilə bağlı maddələr adətən əvvəlcədən qeyd olunur.
Əksər hallarda banklar bu şərti müqaviləyə daxil edirlər və kredit götürən şəxs müqaviləni imzalayarkən faktiki olaraq bu şərtlərlə razılaşmış olur".
Asif İbrahimov əlavə edib ki, kredit ödənişlərində ciddi gecikmələr yarandıqda və borc problemli kreditə çevrildikdə məsələ məhkəmə müstəvisinə keçə bilər:
"Belə hallarda məhkəmə qərarı əsasında icraçı qurum kredit borcunun ödənilməsi üçün vətəndaşın əmək haqqı hesabına yönləndirmə edə bilir. Bu isə artıq məhkəmə qərarına əsasən həyata keçirilir".
İqtisadçı vurğulayıb ki, qanunvericilikdə bu məsələyə dair ziddiyyət yoxdur:
"Əgər kredit müqaviləsinin şərtlərində belə bir bənd göstərilibsə və tərəflər bunu qəbul ediblərsə, bankın həmin mexanizmdən istifadə etməsi hüquqi baxımdan mümkündür".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 11 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər qarabag xeberler bugun 2026 valyuta məzənnələri