Xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı niyə artır? – ÖZƏL AÇIQLAMA

Xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı niyə artır? – ÖZƏL AÇIQLAMAAmerika Xərçəng Dərnəyinin hesabatına görə, 2022-ci ildə ümumilikdə 1,9 milyon yeni xərçəng xəstəsinin aşkarlanacağı proqnozlaşdırılır. Belə ki, hər 8 kişidən  və 11 qadından 1-i xərçəng səbəbilə dünyasını dəyişir. Qarşıdakı zamanda hər 5 nəfərdən 1-i xərçəng xəstəsi olacaq.
Bəs görəsən, xərçəng xəstəliyinə tutulanların sayı niyə gündən-günə artır? Bu xəstəliklə necə mübarizə aparmalıyıq? Tibbin inkişaf etdiyi dövrdə niyə bu bəladan canımızı xilas edə bilmirik?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını həkim-onkoloq Aliyə Aslanova cavablandırıb.
O bildirib ki, xərçəng xəstəliyinin yaranma səbəbini alimlər tam olaraq müəyyənləşdirə bilməyib:
"Xəstəliyin yaranmasında əsas rol oynayan bir neçə faktor sadalamaq olar: həyat tərzi, qidalanma rejimi və irsi faktor. Lakin ayrılıqda heç bir faktorun üzərində 50 faizə qədər dayanmaq olmaz. Çünki qeyd etdiyim kimi, xəstəliyin yaranma səbəbləri tam təsdiq edilməyib. Son dövrdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayının artdığı müşahidə olunur. Əslində diaqnostika indiki dövrdə daha da inkişaf edib. Tibbin inkişaf etdiyi dövrdə xərçəng xəstəliyi daha erkən mərhələdə aşkar edilir. Əvvəllər isə bu çox çətin idi. Statistik rəqəmlərin artmasının səbəblərindən biri də məhz budur. Yəni əvvəllər statistik rəqəmlə tam reallığı əks etdirmirdi. İndi isə tibb elminin və texnologiyanın inkişafı buna imkan yaradır".
Həkimin sözlərinə görə, passiv həyat tərzi və fəstfud qidalar xərçəngdən əziyyət çəkənlərin sayını artırır:
Xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı niyə artır? – ÖZƏL AÇIQLAMA"Müasir dövrdə insanlar passiv həyat tərzi sürür. Texnologiyanın inkişaf etdiyi dövrdə elektronik alətlərdən daha çox istifadə edirik. Bu da şüalanmaya səbəb olur. Oturaq həyat tərzi, vaxtımızın çoxunu kompüter arxasında keçirməyimiz də xəstəliyin yaranmasına səbəb ola bilir. Digər tərəfdən yediyimiz qidalar da xərçəng xəstəliyin yaranmasında rol oynayır. Müasir dövrdə ən çox istifadə olunan fəstfudlar kanserogen maddə daşıyıcılarıdır. Bu, artıq öz təsdiqini tapıb. Dünyada milyonlarla insan fəstfuddan istifadə edir. Yağlı, qızardılmış küçə yeməklərinin tərkibində kanserogen maddələr var. Ona görə də, qidalanma rejiminə mütləq diqqət etməliyik. İrsi faktor isə irsi genlərdən qaynaqlanır. Əgər bir ailədə genetik olaraq xərçəng daşıyıcılığı varsa, həmin ailənin digər üzvləri də mütləq şəkildə yoxlanılmalıdır. Bu, xəstəliyin daha erkən diaqnostikası üçün çox vacibdir".
Xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı niyə artır? – ÖZƏL AÇIQLAMAA.Aslanova qeyd etdi ki, xərçəng xəstəliyi ilkin mərhələdə aşkar edilikdə müalicəsi asan olur:
"Yəni xərçəng hüceyrələri yaxın orqanlara yayılmayıbsa, xəstəlik müalicə edilir və xəstə tam sağalır. Lakin təəssüf ki, xəstələrin böyük qismi xəstəliyin ikinci, üçüncü bəzən həta dördüncü mərhələsində müayinəyə gəlir. Bu zaman isə xəstəliklə uzun müddət mübarizə aparmalı olur. Bəzi hallarda həmin xəstələr də müalicə olunaraq sağalır. Önəmli olan orqanizmin xəstəlikdən nə dərəcədə zədələnməsindən və xərçəngin növündən asılıdır".
Şəbnəm Mehdizadə,
KONKRET.AZ

Sağlamlıq       Tarix: 05 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son.xabar cəbhədən görüntüleri xankendi