XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yaydı

XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yaydıXarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb.
Azxeber.com xəbər verir ki, bəyanatda deyilir:
"8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.
İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar atılıb.
1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olmuşdur. Bu illər ərzində Azərbaycan İƏT-in, habelə İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olmaqla yanaşı, İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub. 2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına, 2010-cu ildə isə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi edib. 2017-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə "İslam Həmrəyliyi İli" elan edilib və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Azərbaycan, İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son verməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həm də İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin tələblərini yerinə yetirdi.
İƏT 44 günlük müharibə zamanı verdiyi ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılmış qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də İslam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb etdi. İƏT-in beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycana verdiyi dəyərli dəstək bölgədə davamlı sülhün və əminamanlığın təmin olunmasına töhfədir.
Azərbaycan, milli maraqlarına əsaslanan xarici siyasət prioritetlərinə uyğun olaraq, bundan sonra da İƏT ilə yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcək və birgə fəaliyyət nəticəsində həm üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq sülhün təmin olunmasına töhfə verəcəkdir".

Siyasi       Tarix: 08 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 qarabag hava haqqinda xeberler bugun