XİN başçısı: 'Azərbaycan münaqişədən sonrakı bərpa prosesində ATƏT-lə əməkdaşlığa hazırdır
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Bu barədə Azxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verən C.Bayramov, münaqişədən sonra bərpa və quruculuq prosesinə yardım mandatı olan bir təşkilat kimi ATƏT ilə bu xüsusda əməkdaşlığa açıq olduğumuzu ifadə edib.
Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı