XİN başçısı: 'Türk Dövlətləri Təşkilatı Qazaxıstana yardım etməyə hazırdır
"Türk Dövlətləri Təşkilatı mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazırdır".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib.
"Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.
Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.
Bununla əlaqədar biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk", - o vurğulayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı