XİN Bayramovla Abdullahianın görüşünə dair məlumat yaydı

XİN Bayramovla Abdullahianın görüşünə dair məlumat yaydıAzərbaycan və İranın xarici işlər naziri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında görüş olub.
KONKRET.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, xarici işlər nazirləri arasında təkbətək formatda başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov Azərbaycan və İran dövlətləri arasında əlaqələrin qədim tarixə və ortaq mədəniyyətə əsaslandığını qeyd edib. O, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir, ölkə rəsmiləri arasındakı təmasların, xüsusilə də dövlət rəhbərləri səviyyəsində görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini söyləyib.
Hüseyn Əmir Abdullahian Bakıda olmağından məmnunluq ifadə edib. O, Azərbaycan Prezidenti ilə çox faydalı görüşün keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını söyləyib.
Nazirlər Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurla həyata keçirilən əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Bu xüsusda Dövlət Komissiyasının fəaliyyəti qeyd edilib.
Görüş zamanı, həmçinin bölgədəki cari vəziyyət, münaqişə sonrası yeni reallıqların və əməkdaşlıq imkanlarının yaranması, o cümlədən 3+3 formatında məsləhətləşmələr mexanizminin gələcək perspektivləri, kommunikasiyaların açılmasının bölgə ölkələrinə faydası və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Siyasi       Tarix: 23 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler