XİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTO

XİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTOXİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə görüş keçirib. Görüşdə, həmçinin hazırda ölkəmizdə səfərdə olan İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri də iştirak ediblər.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə mövcud olan yüksək səviyyəli münasibətlərini məmnunluqla qeyd edib. Təşkilat ilə bir çox sahələrdə, o cümlədən iqtisadi, elm və mədəniyyət, gənclər, əmək və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İƏT-in birmənalı dəstəyi və bu çərçivədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd edilib.
Nazir Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan tərəfindən törədilən dağıntıların miqyasını İƏT Təmas Qrupunun üzvlərinin şəxsən görmək imkanının olduğunu bildirib və son hərbi əməliyyatlar zamanı Ermənistanın məqsədli şəkildə mülki əhali və infrastrukturu hədəf aldığını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir, həmçinin azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb.
Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanı Qələbə münasibətilə təbrik edib. O, Azərbaycan Respublikası Prezidenti ilə görüşünü məmnunluqla vurğulayıb. Ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddətdə nümayiş etdirilən səbrin Prezidentin sülhpərvər olduğuna dəlalət etdiyini qeyd edib.
Baş katib azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Azərbaycanın hər zaman tolerantlıq nümunəsi olduğunu söyləyən İƏT Baş katibi, azad edilmiş ərazilərdəki yenidən quruculuq işləri nəticəsində burada bərpa olunacaq həyat və birgə yaşayışla ölkənin parlaq nümunə olacağına inandığını səsləndirib.
Həyata keçirilən yenidən qurma və bərpa prosesində İƏT-in İslam İnkişaf Bankı, eləcə də digər institurlarının iştirak edəcəyini vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunması münasibətilə Baş katibi Yusif bin Əhməd əl-Osaymini təbrik edib.
Görüşdə, həmçinin İƏT Təmas Qrupunun üzvləri ölkəyə səfərlərinin nəticələri və Qrupun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
XİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTOXİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTOXİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTOXİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTOXİN Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşündən məlumat yaydı - FOTO

Siyasi       Tarix: 09 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu