XİN Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını qətiyyətlə pisləyir

XİN Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını qətiyyətlə pisləyirErmənistan Baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin 2 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik.
Azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Açıqlamada bildirilir: "Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir.
Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.
Ermənistan hələ 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürmüş və təcavüzkar separatçılığı dəstəkləmişdir. Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.
Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçıların keçirdiyi "müstəqillik referendumunun" muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər.
Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər.
Bu və digər faktları, Ermənistanın əsassız və destruktiv mövqeyini, beynəlxalq təşkilatların qərarlarını uzun illər ərzində dəfələrlə rəsmi bəyanatlarımızda səsləndirdik. Onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirdik. Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaq.
Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir".

Siyasi       Tarix: 03 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri sosial yardim havanın temperaturu bu gune olan xeberler bugun xeberler