Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir

Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilirYeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bildiriblər. Qeyd olunub ki, Xınalıq istiqamətində yeni çəkilən yolun 2021-ci ildə yekunlaşacağı gözlənilir:
"Xınalıq istiqamətində yeni yolun inşası ilə bərabər mövcud Quba- İspik -Xınalıq yolu da nəzarət altındadır. Yolun ehtiyac olan hissələrində mütəmadi olaraq təmir işləri aparılır, avtomobil vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür. Yolun Qüdyalçay çayının kənarı ilə (Qüdyalçay kanyonu) keçən hissəsi növbətçi texnika və işçilər tərəfindən nəzarət altında saxlanılır. Hərəkətin intensivliyinin pozulmasına səbəb olan fəsadlar dərhan aradan qaldırılır. Yeni Xınalıq yolunun tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Yeni yolun təqribən 1,2 km-lik hissəsi Böyük Qafqaz sıra dağlarının 2625 m-lik hündürlüyə malik ərazisindən keçir. Yeni inşa edilən yol üzərində Şahdağın ətəklərində Xınalıq kəndi kimi qədim tarixə malik Susay Qrız, və Qalayxudat kəndləri yerləşir. Kəndlərdə qədim tarixə malik evlərdən bəziləri indiyədək qorunub saxlanılıb. Həmin evlərdən bəzilərində hazırda da yaşayış mövcuddur. Burda qədim evlərlə yanaşı turistlərin diqqətini çəkən tarixi abidələr də var.
Yolun çəkilişinə başlanılması ilə artıq nəqliyyat vasitələri də bu yüksək dağlıq ərazilərə qalxmağa başlayıblar. Alternativ yolun üstünlüyü təkcə Xınalığa gediş-gəlişin asanlaşması deyil, eyni zamanda uzun müddət yolun çətinliyi ucbatından istifadəsiz qalmış torpaqlara da yeni həyat verməsidir.
Yeni yolun Alpan, Uzunmeşə, Gərəy, Susay, Kürkün kəndlərindən keçməsini də nəzərə aldıqda aydın bilinir ki, bu, həmin yaşayış məskənləri və ərazidə yaşayan əhali üçün də çox faydalı olacaq. Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına da gətirib çıxaracaq.
Bu səbəbdən ölkənin ucqar kəndində yeni avtomobil yolunun inşası mühüm hadisə kimi qiymətləndirilir. Şübhəsizdir ki, bu hadisə kəndin gələcək inkişafına da xidmət edərək Azərbaycanın bu qədim kəndinin digər sosial problemlərinin həllində də vacib rol oynayacaq.
Qeyd edək ki, Xınalıq istiqamətində təhlükəsiz və rahat Avtomobil yolunun tikintisinin 2021-ci il ərzində yekunlaşdırılması planlaşdırılır".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 20 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri