Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən azxeber.com-a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəmədə ittiham olunur.
İstintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.
O.Musayevin qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı artıq yekunlaşıb. Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK