Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLAR

Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLARMüzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidimizin və şəhid övladının doğum günləri qeyd edilib. 
"Azərbaycan Bayrağı" ordeni, "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Fizulinin azad olunmasına görə" medallarına layiq görülən şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun 32-ci doğum günü, "Azərbaycan Bayrağı" ordeni,  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülən şəhid baş çavuş İsmayıl Qəsəbovun oğlu Uğur Qəsəbovun isə 3 yaşı qeyd olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. 
Daha sonra şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev, Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin Abşeron bölməsinin sədri Süleyman Cəfərov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.
Sonda ölkəmizin incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim edilib.
İştirakçılar daha sonra şəhid baş çavuş İsmayıl Qəsəbovun evinə gedərək onun ailəsinə baş çəkib, şəhidin 3 yaşı tamam olan oğlu Uğuru doğum günü münasibətilə təbrik ediblər. 
Ailənin qayğıları ilə maraqlanan Gülnar Rəhimova söhbət zamanı şəhidlərimizin vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Şəhid İsmayıl Qəsəbovun ailə üzvləri onlara hər zaman dövlət qayğısının göstərildiyini və buna görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLARXırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLARXırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLARXırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLARXırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLAR

İqtisadiyyat       Tarix: 22 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler xeber.az bu gun enson xeberler