Xocalı qatili gizlicə Rusiyaya getdi – Hazırlıqlar başladı
Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyan son zamanlarda aktiv siyasi təmaslar qurmağa başlayıb.
KONKRET.az xəbər verir ki,bu barədə "Hraparak" məlumat yayıb.
Nəşr yazır ki, son zamanlarda onun fəal siyasi əlaqələr qurması müxalif dairələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, S.Sərkisyan yaxın zamanda Rusiyaya qısamüddətli səfər edib. O, Moskvada yaşayan bir qrup erməni iş adamı ilə görüşüb. Sərkisyanın Ermənistanda müxalifət etirazları və ehtimal parlament seçkiləri fonunda onların əhvali-ruhiyyəsini öyrəndiyi bildirilir. Hətta bəzi şəxslərlə birbaşa deyil, yaxınları vasitəsilə təmasa keçdiyi deyilir.
Keçmiş prezidentin əsasən ehtimal növbədənkənar parlament seçkilərinə hazırlıq gördüyünə dair məlumatlar var.
Ermənistan hakim dairələrində seçkilərlə bağlı müzakirələrin olması, Baş nazir Nikol Paşinyanın çıxışlarında proseslə bağlı tez-tez açıqlamalar verməsi müxalifəti də aktivləşdirib. Parlament seçkilərinin deyildiyi kimi 2026-cı ildə yox, daha erkən keçirilməsinə hazırlıq başlayıb./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar