Xuraman Əlizadə çətin günlərindən danışdı: 'Başqa uşaqların ayaqqabısını geyinirdim

Xuraman Əlizadə çətin günlərindən danışdı: 'Başqa uşaqların ayaqqabısını geyinirdimTanınmış aktrisa Xuraman Əlizadə efirdə göz yaşlarını saxlaya bilməyib.
azxeber.com xəbər verir ki, tanınmış aktrisa Xuraman Əlizadə ARB-də yayımlanan "Onun sirri" verilişində yaşadığı çətin günlərdən danışıb: 
"90-cı illərdən sonra atam da xəstəlik yaranmağa başladı. Yoxlatdırsaq da, heç nə çıxmadı. Atam isə gündən-günə süstləşib, işləmək qabiliyyətini itirməyə başlamışdı. Həmin ərəfələrdə 14-15 yaşım olardı. Atamla yanaşı anam da işləmirdi. Təsəvvür edin evdə bacım, atam, anam və mən var idik. Evdə isə yeməyə heç nə yox idi. Atamın cibində bəlkə toplasan heç 1 manat da yox idi. Bir anda durdu ayağa , dedi gedim görüm nə edirəm. Gələndə isə anama səslənib dedi ki, "İradə, lobya almışam. Onu qaynat, qoy uşaqlar yesin" (kövrəlir). Anam lobyanı yağsız, soğansız, bir az duz qatıb qaynatdı və bizə yeməyə verdi. Səhərə heç 40 qəpiyimiz də yox idi. Nə yeyəcəkdik? Bəlkə 1 çörək almaq üçün pul qalıb. Təsəvvür edin, bugünkü gün lobya evdə mənim ən sevdiyim yeməkdir. Bu gün mən o lobyadan hər cürə təam hazırlayaram. Çünki həmin vaxt o bizim qarnımızı doydurmuşdu". 
Aktrisa həmçinin ailəsinin necə çətin günlər keçirdiyindən də danışıb:
"Xatırlayıram ki, mən 4-cü sinfi bitirib 5-ci sinifə keçəndə ayağıma çəkmə alınmalı idi. Çünki havalar soyuyurdu. Anam qayıdıb bir dəfə dedi ki, bir nəfərin uşağının çəkməsi var. Onu gətirsəm geyinərsən? Pulumuz olanda sənə yenisini alarıq. Mən isə "hə geyinərəm" dedim. Elə oldu ki, yağışa düşdüm. Ayağım suyun içinə batdı. Dərsə gələndə ayağım suyun içində idi. Utanırdım. Heç nə yoxum idi axı, nə geyinə bilərdim. O su ilə 6 saat  dərsdə oturdum. Hətta sonraki günlər də geyindim. Amma nə anama nə də atama heç bir kəlmə də şikayət etmədim. İndi bəzi övladlar var. Üsyan edirlər. "Mənə bunu almalısan" deyirlər.
Qeyd edək ki, Xuraman Əlizadə sonda öz təhsilindən və uşaq ikən qarşısına qoyduğu məqsədlərindən də danışıb.
Oksana

Şou Biznes       Tarix: 25 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri idman xeberleri hava proqnozu siyaseti xeberler bugun