Xurma qatıq pəhrizinin MÖCÜZƏVİ NƏTİCƏSİ
Sağlam şəkildə arıqlamaq istəyənlər pəhriz saxlayır. Son günlərin ən populyar pəhrizinə çevrilmiş arıqlama üsulu xurma və qatıqdır.
Milli.Az xəbər verir ki, xurma da qatıq da ayrı ayrılıqda orqanizmə çox faydalı qıdalar sırasındadırlar. Qatıq vitamin, kalsium, mineral və proteinlə zəngin qidadır. 1 fincan qatıq gündəlik kalsium ehtiyacının 45 faizini, fosfor ehtiyacının 38 faizini, maqnezium ehtiyacının 12 faizini qarşılayır. Laktoza bakteriyasına sahib olduğu üçün probiyotikdir. Bağırsaq sisteminin inkişafına və immun sisteminin güclənməsinə kömək edir. Qatığın insanı uzun müddət tox saxlamaq qabiliyyəti olduğu üçün pəhrizdə tez-tez istifadə olunur. Xurma isə doymamış yağ asidi, protein, və lif baxımından zəngindir. Üstəlik 15 fərqli mineral və A, C, B1, B2, vitamini tərkiblidir. Həm də antioksidant xüsusiyyəti sayəsində orqanizmi zərərli maddələrdən təmizləyir.
Belə ki, xurma-qatıq pəhrizi saxlayanlar 1 həftədə 4-7 kiloqram çəki atdıqlarını etiraf ediblər.
1 həftəlik xurma və qatıq pəhrizinin qaydası belədir:
Gündəlik olaraq 21 ədəd xurma və bir kasa qatıq, 2 və ya 3 litr su içilməlidir. Ara vaxtlarda kofe, çay və ya bitki çayı içmək olar lakin şəkərsiz olmasına diqqət edilməlidir.
Qeyd edək ki, bu cür mono pəhrizləri uzun müddət saxlamaq tövsiyyə olunmur. Çünki əlavə qidalar qəbul olunmadığı üçün orqanizm digər vitaminlərdən məhrum olur. Xurma-qatıq pəhrizi 1 həftə üçün nəzərdə tutulub. (ölkə.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ