Xüsusi karantin günlərində "ASAN xidmət" və "ASAN Kommunal" fəaliyyət göstərəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə vətəndaşlar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin xidmətlərindən yararlana biləcəklər. Lakin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədi ilə 1 saylı Bakı "ASAN xidmət" və 2 saylı Bakı "ASAN Kommunal" mərkəzlərində sənəd qəbulu həyata keçirilməyəcək. Həmin mərkəzlərdə
sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
Müvafiq xidmətlərlə əlaqədar sənəd qəbulu üçün digər mərkəzlərə müəyyən edilmiş qaydada müraciət etmək mümkündür. Belə ki, 27 aprel tarixindən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
"ASAN Kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Səyyar ASAN xidmətin fəaliyyətində də bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, xidmət göstərilən məntəqələr məhdudiyyətlərin tətbiq olunduğu əraziyə aid olduğu üçün Səyyar ASAN xidmət Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan və Lənkəranda 21 iyun 2020-ci il tarixindən fəaliyyət göstərməyəcək.
Səyyar ASAN xidmətin fəaliyyət göstərdiyi digər məntəqələr barədə ətraflı məlumatı müvafiq link vasitəsi ilə əldə etmək olar: https://bit.ly/2YJz4c9
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar