Yalçın Rəfiyev: COP29-la bağlı bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik
COP29-la bağlı bütün dövlətlərin konstruktiv yanaşmasını müşahidə edirik.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "29 İqlim Söhbəti: COP29-a gedən yol" adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında deyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə danışıqlar prosesi onsuz da mürəkkəb şəraitdə davam edir:
"İqlim məsələsi isə fərqli bir mürəkkəbliyə malikdir. İqlim dəyişikliyinə dövlətlərin münasibəti də fərqlidir. Hətta bu il bir az daha mürrəkkəbdir. Çünki maliyyə mövzusunda danışırıq. Maliyyə ilə bağlı qərar qəbul etməyə çalışırıq.
İqlim və maliyyənin bir araya gəlməsi isə onsuz da çətin olan danışıqlar gündəliyimizi daha da mürəkkəbləşdirir. Lakin dövlətlərin münasibətinə toxunsaq, deyə bilərik ki, indiyə qədər biz bütün dövlətlərin konstruktiiv yanaşmasını müşahidə edirik. Hər hansısa dövlətdə çətinlik və ya problem müşahidə edilməyib, bu, müsbət bir amildir.
Hazırda dövlətlər arasında bir-birinə doğru addım atmaq meyilləri müşahidə edilir. Ancaq nəzərə alınmalıdır ki, bu il dünyada seçkilər ilidir. Dünyada 4 milyarddan çox insan səsvermədə iştirak edəcək. 60-dan çox dövlətdə seçkilər keçirilir".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb