Yalnız bir milyarderi olan ölkələr: TOP13

Yalnız bir milyarderi olan ölkələr: TOP13 Yalnız bir milyarderi olan ölkələr: TOP13
"Forbes" jurnalının apardığı hesablamalara əsasən, 2019-cu ildə bütün dünyada  təxminən 2153 milyarder var. Onların əksəriyyəti  ABŞ, Çin, Almaniya, Rusiya və Böyük Britaniyada yaşayır. Lakin yalnız bir  milyarderi olan ölkələr də mövcuddur.
Beləliklə, bu ölkələr və orada yaşayan milyarderləri təqdim edirik:
Əlcəzair: İssad Rebrab
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $3,8 mlrd
Ölkə ÜDM-nin payı: ~2,1%
Sərvətinin mənbəyi: "Rebrab" qida məhsulları
O, Əlcəzairin şəkər istehsal edən böyük müəssisələrin daxil olduğu "Cevital" şirkətinin təsisçisi və sahibidir.
Şirkətə, həmçinin İtaliyada poladtökmə zavodu, Fransada avadanlıq istehsalı, həmçinin Almaniyada sutəmizləyici şirkət məxsusdur.
Anqola:  İsabel dos Santos
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $2,2 mlrd
Ölkə ÜDM-nin payı: ~2,0%
Sərvətinin mənbəyi: investisiyalar
İsabel dos Santos Anqolanın 2017-ci ildə postunu tərk etmiş sabiq prezidenti Hose Eduardo dos Santosun qızıdır.
"Forbes"in verdiyi məlumata əsasən dos Santos Anqolanın iri şirkətləri, banklarının səhmlərinə malikdir. O, qiymətli kağışları atası prezident olduğu dövrdə əldə edib.
Gürcüstan: Bidzina İvanişvili
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $4,9 mlrd
Ölkə ÜDM-nin payı: ~30,2%
Sərvətinin mənbəyi: investisiyalar
Bidzina İvanişvili  Gürcüstanın ictimai və siyasi xadimi, biznesmen, filantrop, "Unikor" qrupunun sahibidir. O, 2012-ci il 25 oktyabr tarixindən 2013-cü il noyabrın 20-ə qədər Gürcüstanın Baş naziri olub.
İslandiya: Tor Borqolfsson
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $2,2mlrd
Ölkə ÜDM-nin payı: ~ 8,5%
Sərvətinin mənbəyi: investisiyalar
Tor Borqolfsson biznesmen və sahibkar, İslandiyanın ilk milyarderidir. O özünün ilk sərvətini Rusiyada qazanıb, lakin 2008-ci ildə hər şeyini itirib. Buna baxmayaraq, sonradan yenidən qazana bilib.
O, Polşanın "Play" telekommunikasiya holdinqində paya malikdir, eyni zamanda o, daxili velosiped idmanı üçün " Zwift" onlayn-platformasına, eləcə də İslandiyanın "CCP Games" şirkətinə investisiyalar edib.
Küveyt: Kutayba Alqhanim
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $1,4 mlrd
Ölkə ÜDM-nin payı: ~0,9%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
O, qardaşı ilə birlikdə "Alghanim Industries" ailə korporasiyasının sahibidir.
Bu korporasiyaya reklam agentliyi, elektronika distribütoru, mühəndislik şirkəti, sığorta cəmiyyəti, izolə materialı istehsalçısı, qida məhsulları ilə ticarət üzrə müəssisə və s. şirkətlər daxildir.
Lixtenşteyn – Kristof Zeller
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $3 mlrd
Ölkə ÜDM-nin payı: ~48,2%
Sərvətinin mənbəyi: dişlər üçün məhsullar
Zeller dişlərin müalicəsi üçün nəzərdə tutulmuş məhsulların istehsalı ilə məşğul olan və dünyanın 25 ölkəsində nümayəndəliyi olan "Ivoclar Vivadent AG" şirkətinin sabiq rəhbəri, İdarə Heyətinin hazırki sədridir.
Şirkəti onun babası Adolf Şnayder 1948-ci ildə almışdı, Zeller isə ona 1990-2003-cü illərdə rəhbərlik etmişdi.
Nepal: Binod Çaudhari
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $1,7 mlrd
Ölkə ÜDM-nin payı: ~5,9%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
Binod Çaudhari, demək olar, 80 şirkətdən ibarət "Chaudhary Group" (CG) korporasiyasına rəhbərlik edir. Altı min insanı işlə təmin edən bu şirkətlər planetin bütün qitəsində yerləşir.
Korporasiyanın fəaliyyət dairəsi çox genişdir. Belə ki, bura bank xidmətləri, qida məhsulları, elektronika, pivə, hotel, energetika və təhsil daxildir.
Portuqaliya: Mariya Fernanda Amorim
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $4,9 mlrd
Ölkə ÜDM-nin payı: ~2,0%
Sərvətinin mənbəyi: energetika, investisiyalar
Mariya Amorim Ameriko Amorimin həyat yoldaşı olub. 2017-ci ildə öldükdən sonra Amerikonun sərvəti Mariya və onun üç qızına miras qalıb.
Sərvət energetika və bank sahəsinə beynəlxalq investisiyaların edilməsi sayəsində toplanıb. Hazırda Portuqaliyanın "Galp Energia" neft-qaz şirkətinin səhmlərinin 18%-i Mariyaya məxsusdur.
Qətər: Faysal bin Kassim Əl-Tani
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $1,2 mlrd
Ölkə ÜDM-nin payı: ~0,6%
Sərvətinin mənbəyi: hotellər, müxtəlif mənbələr
Əl-Tani Qətərdə ən iri konqlomeratlarından biri olan "Al Faisal Holding"in təsisçisi və rəhbəridir.
Holdinqə bütün dünya üzrə 20 hotel, eləcə də tibbi və əczaçılıq məhsulları satan "Aamal"şirkətinin payı məxsusdur. O, həmçinin Qətərdə daşınmaz əmlaklara da malikdir
Rumıniya: İon Ziriak
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $1,1mlrd
Ölkə ÜDM-nin payı: ~0,4%
Sərvətinin mənbəyi: bankinq, sığorta
Ziriak Rumıniyanın "Allianz-Tiriac" sığorta şirkətinin minoritar investorudur.
O, həmçinin  avtomobil biznesi, benzin və daşınmaz əmlaka  yatırım edir.
Esvatini (əvvəlki Svazilend –red.) – Natan Kirş
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $5,3 mlrd
Ölkə ÜDM-nin payı: ~112%
Sərvətinin mənbəyi: pərakəndə satış, daşınmaz əmlak
Kirş  kiçik mağaza və restoranlara topdan mal tədarük edən "Jetro Holding"in səhmlərinin 70%-ə malikdir. Bundan savayı, o, kommersiya daşınmaz əmlakına da yatırım edir.
Tanzaniya: Mohhəməd Devci
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti: $1,9 mlrd
Ölkə ÜDM-nin payı: ~3,3%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
Devci ən azı altı Afrika ölkəsində toxuculuq, un, spirtli içkilər, eləcə də neft istehsalı sahəsində fəaliyyət göstərən METL  konqlomerantının rəhbəridir. Onun atası konqlomeratı 1970-ci illərdə yaradıb.
Zimbabve: Strayv Masiyiva
Yalnız bir milyarderi olan ölkələr: TOP13 Sərvəti:: $2,8 mlrd
Ölkə ÜDM-nin payı
Sərvətinin mənbəyi: Telekom
Masiyiva "Econet Wireless Zimbabwe" mobil operatorunun təsisçisi  və  50%-nin sahibidir.
O, həmçinin optik lif sahəsində fəaliyyət göstərən "Liquid Telecom" şirkətinin səhmlərinin 50% - dən çoxuna malikdir və həmçinin Afrika ərazisində telekommunikasiya şirkətlərinə peyk xidmətləri göstərir.

Maraqlı       Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun şou biznes xəbərləri maşın realiti şou xeberler bugun 2026