YAP-ın Asim Mollazadə və İlqar Məmmədovun namizəd olduğu dairədən sürpriz namizədi Xaliq Hüseynov kimdir?
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-ə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib. Namizədlər sırasında xeyli yeni adlara rast gəlmək olur. Həmin namizədlərdən biri də YAP-ın 22 saylı Nəsimi - Yasamal seçki dairəsi üzrə namizədi Hüseynov Xaliq İsa oğludur.
Qeyd edək ki, Xaliq Hüseynov bu dairədə müxalifət partiyalarının namizədləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və REAL partiyasının sədri İlqar Məmmədovla seçki yarışı aparacaq.
Bəs YAP-ın namizədi Xaliq Hüseynov kimdir?
Tanınmış həkim olan Xaliq Hüseynov ötən seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O, həmin dövrdə aktiv seçki kampaniyası keçirməsi, seçicilərlə daim görüşlər təşkil etməsi ilə digər namizədlərdən fərqlənmişdir.
Nəzərə alsaq ki, gənc namizəd bu dəfə siyasi palitramızın əsas güc mərkəzi olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, onda tanınmış rəqiblərinə qarşı mübarizədə onun şansı heç də az dəyərləndirilmir. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi