YAP-ın tədbirində iştirakıma görə məni tənqid edənlərin siyasi savadı yoxdur' - Tural Abbaslı
"Müsbət haldır ki, artıq partiyalar hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, bir-birilərinin xoş günlərdində, tədbirlərində iştirak edirlər".
Bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə iştirakından danışarkən deyib.
O, qeyd edib ki, bu, sivil dünyada qəbul olunmuş qaydadır:
"Bu, sivil dünyada qəbul olunmuş qaydadır ki, qurultaya, yubileyə bütün siyasi partiyalar və ya böyük əksəriyyət dəvət olunur. Burada düşmənçiliyin aradan qaldırılmasına, düşmənçiliyin rəqabətə çevrilməsinə xidmət edən addımlar atılır. Bu baxımdan müsbət haldır. Bir müddət əvvəl AMİP-in yubileyi olmuşdu və həmin tədbirdə Prezident Administrasiyasının əməkdaşları iştirak edirdi, YAP-dan Tahir Budaqov da iştirak edirdi. Yəni, bu, müsbət haldır və biz də dəvəti qəbul edib, YAP-ın tədbirində iştirak etdik".
Ağ Partiya sədri YAP-la bağlı təəssüratlarını da bildirib:
"Hər kəs bir-birinə uğurlar arzulayır, amma nəzərə alaq ki, biz YAP-ın siyasi kursunu dəstəkləmirik və bu kursla mübarizə aparırıq. Sağlam demokratik mühitdə rəqabət arzulayıram, demokratik mühitin yaradılmasını arzulayıram. Çoxpartiyalı sistemin inkişaf etdirilməsi üçün YAP-ın da öz töhvələrini verməsini arzulayıram. Amma ümumi olaraq yarı ciddi, yarı zarafat, YAP-ın tezliklə müxalifət olmasını arzulayıram".
Tural Abbaslı həmçinin YAP-ın tədbirində iştirakına görə onu tənqid edənlərə də cavab verib:
"Məni YAP-ın tədbirində iştirakıma görə tənqid edənlərin ya siyasi savadı yoxdur, ya da qərəzlidirlər. Heç görmüsünüzmü ki, Ərdoğan və ya Kılıçdaroğlu bir-birinin tədbirlərində iştirak edəndə, bir-biriləri təbrik edəndə, başsağlığı verəndə onları qınayan olsun? Avropa ölkələrində belə bir şey mümküdürmü ki, partiyalar bir-birilərinin tədbirlərində iştirak edəndə qınaqla rastalaşsınlar? Burada bir az qaragüruhçuluq var. Biz YAP-çılarla düşmən deyilik, rəqibik. Onlar da bizimlə düşmən deyil, rəqibdir. Biz onları, onlar bizi təhqir etməməliyik, bir-birimizi tənqid etməliyik. Biz bir-birimizi məhv etməli deyilik, qalib gəlməliyik. Artıq Azərbaycanda da siyasi münasibətlərin sivilləşməsi lazımdır. Belə addımlar da o istiqamətə ciddi addımlardır.
Mən fikir verdim, tənqid edənlərin böyük əksəriyyəti 30 ildir müxtəlif səbəblərdən hakimiyyətə gələ bilməyən, uğur əldə edə bilməyən kiflənmiş siyasətçilər, onların quruluşçularıdır. Adi Azərbaycan vətəndaşı üçün nə fərqi var ki, biz YAP-ın tədbirində iştirak etdik, ya yox. Onların üçün əsas odur ki, sistem inkişaf etsin, sosial vəziyyət düzəlsin".
Aydın Nuri
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü