YAP Kəlbəcər rayon təşkilatının hesabat konfransı keçirildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Azxeber.com xəbər verir ki, avqustun 4-də Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, hesabat dövründə rayon təşkilatında görülmüş bütün işlər Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi, partiyamızın Sədri cənab İlham Əliyevin nitq və çıxışlarından irəli gələn vəzifələr, eləcədə, partiyanın Mərkəzi Aparatının tövsiyə və tapşırıqları yüksək keyfiyyətlə həyata keçirilib.
Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Ramil Salmanovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin deputatı Aqil Məmmədov konfransın işinə uğurlar arzulayaraq bildirib ki, pandemiya dövründə və Vətən müharibəsi zamanı YAP Kəlbəcər rayon təşkilatı əzimlə öz fəaliyyətini davam etdirib.Eyni zamanda hesabat dövründə partiyaya yeni üzvlərin qəbulunu az olmasına münasibət bildirərək, savadlı, yüksək intelektə malik şəxslərin YAP sıralarına cəlb edilməsinin vacibliyini vurğulamışdır. 
Milli Məclisin deputatı Aqil Məmmədov onu da qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə ordumuz tarixi şanlı qələbə qazanmış və Kəlbəcər rayonuda digər işğal altında olmuş rayonlarımız kimi azadlığına qovuşmuşdur.
Bu isə rayon təşkilatının məsuliyyətini daha da, artılmalı və işini günün tələbləri səviyyəsində quraraq rayonumuzun yenidən qurulmasında, onun ictimai-siyasi həyatında aktiv rol oynamalıdır.
Daha sonra məruzə ətrafında çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov, YAP Kəlbəcər rayon təşkilatı Qadınlar Şurasının sədri Şəlalə Məmmədova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. 
Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, partiyanın Sədri cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün tələblərini, 44 günlük Vətən müharibəsində Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi hər bir partiya üzvünün qarşısında yeni vəzifələr qoydu. 
2020-ci ilin tariximizə Zəfər ili kimi daxil olduğunu qeyd edən Ə.Tağıyev Ağdam, Kəlbəcər və Laçın rayonlarının siyasi yolla azad edilməsini Azərbaycanın böyük siyasi uğuru kimi dəyərləndirib. Qeyd edib ki, 44 gündə nəinki 30 ilə, əsrlərə sığmayan Zəfər qazanılıb. 
Ə.Tağıyev YAP Kəlbəcər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar, növbəti konfransın Kəlbəcərdə keçirilməsini arzulayıb. 
Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
YAP Kəlbəcər rayon təşkilatının hesabat konfransı keçirildi - FOTOLARYAP Kəlbəcər rayon təşkilatının hesabat konfransı keçirildi - FOTOLARYAP Kəlbəcər rayon təşkilatının hesabat konfransı keçirildi - FOTOLAR

Sosial       Tarix: 05 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri