YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLAR

YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLARAvqustun 4-də Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki fəaliyyətinin əsas istiqamətlərindən biri ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarətdir: "Bu mənada, şəhər təşkilatı tərəfindən keçirilən bir çox tədbirlər məhz bu məqsədə həsr olunmuş, dövlət başçısının imzaladığı fərman və sərəncamların, keçirdiyi görüşlərin, qəbulların, səfərlərin mahiyyətinin ictimaiyyətə, partiya üzvlərinə çatdırılması işi uğurla həyata keçirilmişdir. Təşkilatımızın IX konfransından keçən dövr ərzində Naftalan şəhərində ictimai-siyasi vəziyyət, quruculuq işləri, möhtərəm Prezidentimiz İlham Əliyevin regionların hərtərəfli inkşafına yönəlmiş iqtisadi strategiyasının şəhərdə uğurla yerinə yetrilməsi bunun əyani sübutudur."
Hatəm Qocayev qeyd edib ki, hesabat dövründə təşkilatımız sosial bazasını xeyli möhkəmləndirmiş və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Partiya sıralarına 202 nəfər yeni üzv qəbul olunub və hal-hazırda 36 ərazi ilk partiya təşkilatında 1291 nəfər partiya üzvü fəaliyyət göstərir.
Sonra YAP Naftalan şəhər təşkilatı Nəzarət-Təftiş Komissiyasının sədri Anar Əsədzadənin hesabatı dinlənilib.
Hesabat məruzəsi ətrafında çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti  başçısı Vüqar Novruzov Ulu Öndər Heydər Əliyev dühasından yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salaraq, hazırkı dövrdə ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsi olaraq Naftalan şəhərində  həyata keçirilən iri miqyaslı  sosial-iqtisadi layihələr barəsində geniş məlumat verərək, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki uğurlu fəaliyyətini qeyd etdi.
Müzakirələr zamanı YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədr əvəzi İsa İsayev, Naftalan şəhər Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Rəna Dəmirova, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Rüstəmov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, ərazi partiya təşkilatının sədr müavini Elman Şərəfxanov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Naftalan şəhər təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLARYAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLARYAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLARYAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLARYAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib - FOTOLAR

Sosial       Tarix: 04 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri