Yaponiya Azərbaycanda iki məktəb tikəcək
Yaponiya Yeni Xocavənd qəsəbəsi və Neftçalada məktəb tikəcək.
azxeber.com xəbər verir ki, Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində "Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası" və "Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası" layihələrinin icrası planlaşdırılır.
Xocavənd layihəsi çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd qəsəbə məktəbində altı sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün "Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi" İctimai Birliyinə 91 297 ABŞ dolları (154 293 manat) ayrılıb.
Neftçala layihəsi çərçivəsində isə rayonun Qırmızıkənd kənd məktəbinin yeddi sinif otaqlı, anbarlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi üçün "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə" 90 513 ABŞ dolları (152 968 manat) məbləğində qrant ayrılıb.
Layihə ərazisi olan Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"