Yaponiyada Hatikonun 100 illik yubileyi qeyd olunub - FOTO
Yaponiyada Hatikonun 100 illik yubileyi qeyd olunub - FOTO
Dünyaca məşhur it Hatikonun 100 yaşı tamam olub. Yaponiyada Sibuya stansiyasında və Odate şəhərindəki Akita prefekturasında sakinlər əfsanəvi itin ildönümünü qeyd ediblər.
İtin doğulduğu Odate şəhərində noyabrın 10-dan 11-dək təntənəli tədbirlər keçirilib. Hatikonun heykəlinin yanında itin xatirəsinə və Sibuya bölgəsinə həsr olunmuş pavilyon açılıb.
Hatikonun hekayəsi bütün dünyada məşhurdur. Onun sahibi Hidesaburo Ueno bir gün işdən qayıtmayıb - qəfil ölüb. İt bunu bilməyib və dəmiryol vağzalında sahibini gözləməyə davam edib.
1932-ci ildə onun haqqında qəzetdə məqalə dərc olunub. Bir neçə il sonra onun şərəfinə "Sadiq it Hatiko" adlı abidə ucaldılıb. Heyvan açılış mərasimində iştirak edib. 1935-ci ildə Hatiko Şibuya stansiyası yaxınlığında ölüb.


Mənbə: mir24.tv / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR