Yaşayış minimumu 300 manat olur – "Gündəlik xərclər üçün 10 manat hesablanıb
Xəbər verdiyimiz kimi, gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb.
İqtisadçı-ekspert Razi Abbasbəyli azxeber.com-a bildirib ki, 15 manatlıq artım böyük məbləğ deyil:
"Yaşayış minimumunun təyin edilməsi vətəndaşın bir aylıq istehlak tələbatının ödənilməsi üçün tələb olunan məbləğin müəyyən olunması deməkdir. Düzdür, 15 manatlıq artım böyük olmasa da, bütün hallarda vətəndaşların aylıq gəlirlərinin bir günlük hissəsinin artması deməkdir. Təqvim ayının 30 gündən ibarət olduğunu nəzərə alsaq, nəticə etibarilə hər bir vətəndaşın gündəlik istehlak xərclərinin qarşılanması üçün orta hesabla 10 manat müəyyən edilib".
"Əmək pensiyalarının baza hissəsinin artırılması və yanvardan etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq identifikasiyasının həyata keçirilməsi nəticəsində həm pensiyanın baza hissəsində, həm də minimum pensiyanın məbləğində artım müşahidə olunur. Bütün bunlar dövlətin sosial siyasətinin müsbət xarakter daşıdığını göstərir"-, deyə iqtisadçı deyib.
Şahanə Ziyad

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür