Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı
Çindən olan bir qrup tədqiqatçı yaşıl çayın hüceyrə terapiyası üçün istifadə edilə biləcəyini müəyyən edib. Belə ki, bu zaman xüsusi maddə bədənə daxil edilən kök hüceyrələri qrupunu aktivləşdirir.
Milli.Az bildirir ki, mütəxəssislər yaşıl çayın istifadəsi zamanı orqanizm tərəfindən istehsal olunan protokatex turşusunun (PCA) xüsusiyyətlərini öyrəniblər. Alimlər ilk növbədə PCA olan zaman aktivliyini dəyişən insan böyrəklərinin embrion hüceyrələrini əldə ediblər. Bu hüceyrələr daha sonra siçanlara yeridilib. Gəmiricilərə yaşıl çay içirdildikdə isə hüceyrələr aktivləşib.
Digər təcrübələr zamanı tədqiqatçılar CRISPR genlərinin redaktə sisteminin işini yaxşılaşdırmaq üçün protokatex turşusunu istifadə edə biliblər. CRİSPR DNT-nin konkret hissəsinə nisbətən dəqiq dəyişikliklər edə bilir. Lakin bununla yanaşı, digər sahələrin nükleotid zəncirində zərərli dəyişikliklər baş verir.
Bundan əlavə, siçanlar və meymunlar üzərində aparılan tədqiqatlar göstərdi ki, yaşıl çay diabetin müalicəsi üçün mədəaltı vəziyə implantasiya edilən hüceyrələri aktivləşdirir.
Hüceyrələrin fəaliyyətinə uzaqdan nəzarət mexanizmi kimi yaşıl çaydan istifadə edilən zaman iltihab reaksiyası və ya qanda leykositlərin miqdarının artması kimi hər hansı yan təsirlər müşahidə edilməmişdi.
Qeyd edək ki, hüceyrə terapiyası irsi xəstəliklər və xərçəng, eləcə də ağır ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərinə qarşı mübarizədə istifadə olunur. (ölkə.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ