Yaxın Şərqdə müharibə hələ nə qədər DAVAM EDƏCƏK? - YENİ SSENARİ QURULUR

Yaxın Şərqdə müharibə hələ nə qədər DAVAM EDƏCƏK? - YENİ SSENARİ QURULURYaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda İranın irəli sürdüyü atəşkəs şərtləri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Tehran atəşkəs üçün beynəlxalq hüquqlarının tanınmasını, dəyən zərərin kompensasiyasını və gələcək hücumların qarşısının alınması ilə bağlı qəti təminatların verilməsini tələb edir. Lakin bu tələblərin ABŞ və İsrail tərəfindən qəbul olunub-olunmayacağı sual doğurur.
Bəs ABŞ və İsrail İranın irəli sürdüyü bu ağır şərtlərlə razılaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, hazırda həm ABŞ və İsrailin İrana ünvanladığı sərt bəyanatlar, həm də Tehranın irəli sürdüyü atəşkəs şərtləri faktiki olaraq qarşı tərəf üçün qəbulolunmazdır.
Yaxın Şərqdə müharibə hələ nə qədər DAVAM EDƏCƏK? - YENİ SSENARİ QURULUROnun sözlərinə görə, ABŞ və İsrail tərəfindən İrana açıq şəkildə ultimatum formasında "təslim ol" çağırışlarının səsləndirilməsi, eyni zamanda İranın açıqladığı şərtlər tərəflərin mövqelərinin nə qədər sərt olduğunu göstərir:
"İstər ABŞ və İsrail tərəfindən İrana açıq formada ultimativ dildə təklif olunan "təslim ol" çağırışı, istərsə də İranın açıqladığı atəşkəs şərtləri hər iki tərəf üçün olduqca ağır və qəbul olunmaz tələblərdir. Bu baxımdan tərəflərin bir-birinə müharibəni dayandırmaqla bağlı çağırışları əslində müharibənin davam etdirilməsi mesajı kimi də oxuna bilər", – deyə politoloq qeyd edib.
T.Əliyev hesab edir ki, İranın irəli sürdüyü şərtlərin qəbul edilməsi faktiki olaraq ABŞ və İsrail üçün ciddi siyasi məğlubiyyət kimi qiymətləndirilə bilər.
"Bu şərtlərin qəbul olunması artıq İranın təslim olması yox, əksinə ABŞ və İsrailin İran qarşısında məğlub olması qədər ağır nəticələr doğura bilər. Ona görə də bu tələblərin yerinə yetirilməsi real görünmür. İran tərəfi də bunun qəbul olunmayacağını anlayır", – deyə o, bildirib.
Politoloqun fikrincə, tərəflərin irəli sürdüyü sərt mövqelər daha çox informasiya və siyasi mübarizənin tərkib hissəsidir.
"İran bu cür şərtləri irəli sürməklə müharibənin davam etməsi halında öz mövqeyini əsaslandırmağa çalışır. Qarşı tərəfin "təslim ol" çağırışları da eyni məqsədə xidmət edir – yəni hər iki tərəf mümkün hərbi əməliyyatların davamı üçün siyasi və informasiya zəmini formalaşdırır", – deyə ekspert vurğulayıb.
T.Əliyevin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, regionda gərginliyin qısa müddətdə tam səngiməsi ehtimalı azdır.
"Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Yaxın Şərqdə müharibə müəyyən müddət daha davam edə bilər", – deyə politoloq əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 12 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 xeberlər cəbhədən son vəziyyət sonxeber