Yaxın Şərqdən sonra böyük toqquşma bu ərazidə baş verəcək - ŞOK DETALLAR
Rusiya Yaponiyanın ABŞ Silahlı Qüvvələrinin keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə iştirakına sərt etiraz edib. Bu məqsədlə Yaponiyanın Moskvadakı səfirliyi Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tokioya etiraz notası təqdim edilib. Bəs, Bu təlimlərin fonunda Rusiya və Yaponiya arasında münasibətlərdə hansı yeni gərginliklərin yaranması gözlənilə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, bu təlimlər fonunda Rusiya-Yaponiya münasibətləri daha da gərginləşə bilər. Ekspertin fikrincə, ABŞ regionda, xüsusilə də Rusiyanın Yaponiya, Koreya və Çin istiqamətindəki sahillərində gələcək üçün qarşıdurma planı hazırlayır:
"Rusiyanın o bölgədən vurulub çıxarılması məsələsi gündəmdədir. Bunun üçün həm tarixi, həm də geosiyasi səbəblər mövcuddur. Məsələn, SSRİ 1945-ci ildə Kuril adalarını işğal edib və bu, Yaponiyanın etirazına səbəb olur. ABŞ, Yaponiya, Cənubi Koreya və Tayvanın birləşərək Sakit okean hövzəsində Çinə qarşı mövqe sərgiləməsi də bu prosesin bir hissəsidir. Şərqi Avropa və Yaxın Şərqdəki qarşıdurmalardan sonra böyük toqquşmanın məhz Sakit okean hövzəsində baş verəcəyi ehtimal olunur".
Qeyd edək ki, Rusiya Yaponiya ilə Kuril adaları məsələsində uzun illərdir qarşıdurma vəziyyətindədir. Son gərginlik isə iki ölkə arasında münasibətlərin yaxın perspektivdə daha da kəskinləşəcəyindən xəbər verir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı