Yaxın vaxtlarda bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni deputatdan açıqlama
Yaxın vaxtlarda Şuşanın ətraf kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək.
Azxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Şərəfim var" blokundan olan deputatı Tiqran Abramyan bildirib.
O, sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışarkən qeyd edib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır. Deputat əsas problemin Azərbaycan və Ermənistan sərhəddi ilə yox, Qarabağla bağlı olduğunu bildirib:
"Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan-Ermənistan sərhəddini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşa ətrafı kəndlər və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək".
Deputat daha sonra əlavə edib ki, Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı heç bir iş görmür:
"Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı sualları onlara ünvanlamayaq. Açıq şəkildə deyirlər ki, Qarabağla məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər".
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı