"Yaxşıyam, ölkəmdəyəm, tamamilə yanlış məlumatdır"
Mən Azərbaycandayam, evimdəyəm. Sadəcə, 3 həftə əvvəl qan təzyiqim qəfil yüksəlmişdi deyə, özümü yaxşı hiss etmirdim və həkim müalicəsinə ehtiyac yaranmışdı. Ətrafımda bu qədər həkim varkən xaricə niyə getməliyəm?
Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov kritik vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.
A.Maqsudov səhhətilə bağlı xaricə aparılması xəbərini təkzib edib:
"Qan təzyiqim qalxdı, həkim müalicə yazdı və evimdə müalicə alıram. Mənim səhhətimdə kritik vəziyyət yoxdur ki, xaricə aparılmağıma ehtiyac yaransın. Həm kritik vəziyyətdə olan biri xəstə yatağında olmalı və telefonla danışmamalıdır. Tamamilə yanlış məlumatdır. Qohum-qardaş hamısı bu məlumatdan nigaran olub. Hamıya demək istəyirəm ki, yaxşıyam, ölkəmdəyəm, heç bir problem yoxdur. Hamımız insanıq və səhhətimizdə müəyyən narahatlıq yaranması da mümkündür. Xahiş edirəm bu cür məlumatlar yayarkən diqqətli olsunlar".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ